18 May 2023 16:04
664
Elm və texnika
A- A+
Bu il ədəbiyyatşünas, milli biblioqrafiya məktəbinin əsasını qoyan Əmin Əfəndiyevin 90 illiyi qeyd edilir

Bu il ədəbiyyatşünas, milli biblioqrafiya məktəbinin əsasını qoyan Əmin Əfəndiyevin 90 illiyi qeyd edilir


 

Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev 1933-cü il mayın 18-də Qax rayonunun İlisu kəndində müəllim ailəsində dünyaya göz açıb. 1941-1952-cı illərdə Qax rayon orta məktəbində oxuyub. Təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) davam etdirib. Universitetin Filologiya fakültəsinin “Kitabxanaşünas-biblioqraf” ixtisasını 1957-ci ildə bitirib. Əmək fəaliyyətinə də həmin ali təhsil ocağının kitabxanasında başlayıb. Sonra M.F.Axundzadə adına Azərbaycan Respublika Dövlət Kitabxanasında çalışıb. 1958-1976-ci illərdə Dövlət Kitabxanasında baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib.

İlk biblioqrafik oçerki – “Amerika ədəbiyyatı Azərbaycan dilində” 1959-cu ildə dövri mətbuatda dərc edilib. Elmi fəaliyyətini davam etdirib. “Azərbaycan ədəbiyyatı özbək dilində”, “Azərbaycan-özbək ədəbi əlaqələri”, “S.Vurğunun əsərləri SSRİ xalqlarının dillərində”, “M.Ə.Sabir A.Tukayın tərcüməsində” və digər Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri vəziyyətindən bəhs edən silsilə biblioqrafik oçerkləri mətbu orqanlarda işıq üzü görüb.

Əmin Əfəndiyev 1968-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 1972-ci ildə “Azərbaycan-latış ədəbi əlaqələri tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1973-1984-cü illərdə Azərbaycan dövlət İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri, dekan müavini vəzifəsində çalışıb. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru olub. 2002-ci ilin yanvarından AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “İnformasiya və biblioqrafiya” şöbəsinə rəhbərlik edib.

“İlyas Əfəndiyevin yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını, o cümlədən “İlyas Əfəndiyevin yaradıcılığı” monoqrafiyasını (2000) nəşr etdirib.

Əmin Əfəndiyev Azərbaycanın tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunan şəxsi biblioqrafik vəsaitlərlə yanaşı, sahəvi ümumi və mövzu janrlarında da bilioqrafik göstəricilər tərtib edib.

Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitabxana direktorları Şurasının, Avroasiya Kitabxanalar Assambleyasının, Türkdilli Dövlətlərin Kitabxanalarının Assosiasiyasının, Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının və digər təşkilatların həm üzvü, həm də fəal iştirakçısı olub.

Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraf Əmin Əfəndiyev 2014-cü ildə vəfat edib.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!