16 May 2025 09:00
514
Mədəniyyət
A- A+
"Bu günü görməkdənsə mənə güllələnmək daha xoşdur"

"Bu günü görməkdənsə mənə güllələnmək daha xoşdur"


Dövrünün tanınan dövlət xadimi və hüquqşünası olmuş Məhəmməd bəy Şahmalıyev fiziki ölümü mənəvi məhv edilməkdən üstün tutmuşdur 


Sovetləşmənin ilk dövrlərindən 1937-1938-ci illərədək repressiyaya məruz qalmış yüzlərlə, minlərlə azərbaycanlı ziyalılardan biri də indiki Samux rayonunun ərazisində yaşamış Şahmalılar nəslinə məxsus Məhəmməd bəy Nəsrullah bəy oğlu Şahmalıyevdir. 

1870-ci ildə Yelizavetpol qəzasının Samux nahiyəsində bəy ailəsində dünyaya göz açan Məhəmməd ilk təhsilini öz ailəsində alıb, ərəb əlifbasında yazıb oxumağı öyrənib. Deyilənlərə görə, o, 7 yaşınadək rusca bir söz belə bilməyib. Lakin yaxşı yaddaşa və oxumağa çox meyilli olan Məhəmmədi atası təxminən 1877-ci ildə Tiflisə oxumağa göndərib. Şahmalıyevlər ailəsinin yaxın dostu knyaz Orbelianinin himayəsi altında olduğu güman edilən Məhəmməd qısa vaxtda rus dilini öyrənib mənimsəyir. Hətta Tiflis Klassik Gimnaziyasına daxil olur. 1891-ci ildə bu gimnaziyanı bitirən Məhəmməd hüquqşünas olmaq arzusu ilə Rusiyaya gedir, Novorossiysk Universitetinin Hüquq fakültəsinə daxil olur. 

Bu zaman Məhəmməd bəy yaxşı oxumaqla yanaşı, dövrün ictimai-siyasi hadisələri, insan hüquq və azadlıqları ilə də yaxından maraqlanır. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçısı kimi geniş fəaliyyət göstərir. 1896-cı ildə  universiteti uğurla başa vuran Məhəmməd bəy hüquqşünas diplomu alaraq dövlət qulluğuna başlayır.

O dövr Yelizavetpol quberniyasındakı məmurlar, böyük nüfuz sahibi olan ictimaiyyət nümayəndələri  yaxşı bilirdilər ki, Rusiya imperatorunun qardaşı, böyük knyaz Nikolay Nikolayeviç Romanov gənc hüquqşünas Məhəmməd bəyin atası Nəsrullah bəy Şahmalıyevlə dostluq edirdi. Böyük knyaz Samuxda Nəsrullah bəyin qonağı olarkən bəy ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant qaşlı üzük olan qızıl burunotu qabı bağışlamışdı.

Arxiv materiallarından məlum olur ki, Cənubi Qafqazda 1905-ci ilin əvvəllərindən başlayan və səngimək bilməyən erməni-müsəlman münaqişələri fonunda azərbaycanlılara qarşı yönəldilən soyqırımının qarşısının alınması müdhiş bir hala çevrilmişdi. Bunun üçün konkret təkliflərin hazırlanması məqsədilə Tiflis şəhərində keçirilməsi qərarlaşdırılan sülh qurultayına həmin ilin dekabr ayının sonlarından ciddi hazırlıq işləri görüldü. Nəhayət, 1906-cı ildə Tiflisdə Qafqaz canişininin başçılığı altında keçirilən qurultayda 1905-ci il erməni-müsəlman qırğınının nəticələri müzakirə edilərkən orada Tiflis müsəlmanlarını təmsil edən Məhəmməd bəy Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa müsəlman nümayəndələri ilə birgə iştirak etmiş, nüfuzundan və tanışlıq əlaqələrindən istifadə edərək  fəallıq göstərmişdir.

Dövrün tanınmış nəşrləri "Həyat", "İrşad" və "Kaspi" qəzetlərində  qurultayın gedişindən verilən geniş hesabatlardan məlum olur ki, qurultayın çıxardığı qərarda məhz onun təklifi ilə Azərbaycan əhalisinin xeyrinə bir çox maddə salınıb. Məhəmməd bəy Şahmalıyev 1913-cü ildə Şəki qəzasının, 1914-1915-ci illərdə isə Ərəş (indiki Ağdaş rayonu) qəzasının rəisi vəzifələrində çalışıb. Ötən əsrin əvvəllərində milli dövlət qurucuları sırasında yer alan  Məhəmməd bəy Şahmalıyev Azərbaycan hökumətinin 16 mart 1919-cu il tarixli qərarı ilə Zaqatala quberniyasının qubernatoru təyin olunmuşdur. Bu vaxt o, Azərbaycan Xalq Cümhuriyyətinin Zaqatala quberniyası ilə Gürcüstan Respublikası Tiflis quberniyasının Siqnax qəzası arasında müvəqqəti sərhədi müəyyənləşdirən beynəlxalq Azərbaycan-Gürcüstan komissiyasının sədri təyin edilmiş və komissiyanın 25 oktyabr-2 noyabr 1919-cu ildə keçirilən yığıncaqlarında Azərbaycan hökuməti adından çıxış etmişdir.

Məhəmməd bəyin ilk həyat yoldaşı - dünyadan çox erkən köçmüş Fatma xanımdan bir övladı - anasının adını verdiyi Şahpəri xanım (1898 -1981) olub. Fatma xanımdan sonra Məhəmməd bəy Əminəxatın xanım Şahmalıyeva ilə ailə qurub. Ondan 3 oğlu - Ehsan bəy (1899 - sürgündə ölüb), Şamil bəy (1903-1990), Mehralı bəy, habelə 2 qızı - Səltənət xanım və Ədalət xanım olub. Məhəmməd bəyin ilk övladı Şahpəri xanım atasının əmisi oğlu Mahmud bəy Şahmalıyevlə ailə qurub, cütlüyün üç oğlu - Fərhad, Tofiq, Rüstəm və qızı Xədicə dünyaya gəlib. Ümumiyyətlə, Məhəmməd bəyin övladları, nəsil davamçılarının bir çoxu repressiya illərində dünyanın bir çox ərazisinə, o cümlədən  Bakı, Moskva, Odessa, Daşkənd və başqa şəhərlərə köçüblər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan, xüsusən  Gəncə üsyanından sonra Şahmalıyev bəylərinə qarşı amansız təqiblər, həbslər, sürgünlər və güllələnmələr həyata keçirilmişdir. Tanınmış hüquqşünas, əsil-nəcabətli bəy nəslindən olan Məhəmməd bəy Şahmalıyevin isə bolşeviklər tərəfindən bütün  əmlakı və var-dövləti müsadirə edilmişdir. 

1920-ci ildə erməni və rus müstəntiqlərinin uydurmaları əsasında keçirilən məhkəmədə Məhəmməd bəy Şahmalıyev söz alaraq erməniəsilli hakimə xitabən demişdi: "...məni keçmiş nökərim keçəl Dursun mühakimə edir. Bu günü görməkdənsə mənə güllələnmək daha xoşdur". 

Hadisələrdən sonradan məlumatlı olan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov xalqımızın müstəmləkə buxovundan azad olunmasında və milli dövlət quruculuğu yolunda külli miqdarda vəsait xərcləyən, əllərindən gələn digər  köməyi əsirgəməyən Şahmalıyev bəylərini həbsdən və gedər-gəlməzə sürgündən qoruya bilməsə də, ictimai-siyasi fəaliyyətinə yaxından bələd olduğu Məhəmməd bəy Şahmalıyevi  "xalq düşməni" adıyla güllələnmədən xilas edə bilir. Onun ciddi müdaxiləsindən sonra Məhəmməd bəyə istintaq zamanı "böyük mərhəmət" göstərilir. O, güllələnmədən azad edilərək Fövqəladə Komissiyanın qərarı ilə ev dustaqlığına məhkum edilir. Amma Bakıda, indiki Sabir bağının ərazisində yerləşən mənzilndə ev dustağı kimi 4 il yaşayır. Tanınmış hüquq mütəxəssisi və görkəmli dövlət xadimi Məhəmməd bəy Şahmalıyev mənəvi işgəncələrə dözməyərək 1924-cü ildə 54 yaşında həyatla vidalaşır.  


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək

12:28
17 İyun

İsrailin hərbi əməliyyatı nəticəsində İran Silahlı Qüvvələrinin mərkəzi qərargah rəisi öldürülüb

12:27
17 İyun

Bakıda QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının iclası keçirilib  

12:08
17 İyun

DİN: Ötən gün bank hesablarından 5 min manatdan çox vəsait oğurlanıb

11:59
17 İyun

Ötən beş ayda DSMF-nin xərcləri 3 milyard 123 milyon manat olub  

11:57
17 İyun

17 iyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

11:55
17 İyun

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib  

11:42
17 İyun

Ceyhun Kərəmov: Azərbaycan ilə Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması üçün danışıqlar aparılır  

11:29
17 İyun

Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  

11:09
17 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:59
17 İyun

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:33
17 İyun

Dünya birjalarında neft bahalaşıb

10:33
17 İyun

Azərbaycan nefti ucuzlaşıb

09:42
17 İyun

Çin öz vətəndaşlarını İsraili ən qısa zamanda tərk etməyə çağırıb  

09:41
17 İyun

İran ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib  

09:23
17 İyun

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var  

09:22
17 İyun

Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

09:21
17 İyun

Tramp: Hamı dərhal Tehranı tərk etməlidir  

09:20
17 İyun

Qazaxıstan və Çin arasında aparılan danışıqlar nəticəsində 24 sənəd imzalanıb

09:19
17 İyun

İsrail raketləri vurmaq üçün lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb

09:18
17 İyun

İran İsrailə növbəti raket zərbəsi endirib

09:17
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!