13 Fevral 2025 12:18
1062
Mədəniyyət
A- A+
Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür  

Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür  

Bu gün Azərbaycanın Xalq artisti, mərhum Əliabbas Qədirovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanmış sənətkarın anadan olmasının 79-cu ildönümüdür.

Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul edilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” tamaşalarında maraqlı rollar yaradıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Azərbaycan Milli Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. O, ilk addımından teatr ictimaiyyətinin nəzər-diqqətində olub.

Əliabbas Qədirov 1970-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub.

O, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor vardı. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könül oxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edirdi.

Xalq artisti oynadığı obrazlara, ilk növbədə, elmi-nəzəri əsaslarla yanaşar, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi.

Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. “Sevinc buxtası” filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb.

Televiziyada “Komediyalar aləminə səyahət” verilişinin ilk aparıcısı olan Əliabbas Qədirov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs də deyib.

Tanınmış aktyor 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

01:48
13 Fevral

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında

01:47
13 Fevral

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında

01:46
13 Fevral

Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq  

23:38
12 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23:29
12 Fevral

Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib  

22:18
12 Fevral

Bakıda Küveytin Milli Günü qeyd olunub

21:39
12 Fevral

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib  

21:39
12 Fevral

ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Azərbaycanın tolerantlıq modeli barədə məlumatlandırılıb  

21:13
12 Fevral

Premyer Liqa: "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb  

20:58
12 Fevral

Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib  

20:49
12 Fevral

Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcək  

20:31
12 Fevral

İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib  

20:18
12 Fevral

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı tərk edib  

19:56
12 Fevral

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib  

19:17
12 Fevral

İsmayıllıda zəlzələ olub

19:01
12 Fevral

Gürcü politoloq: “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” deyənlər yanılırlar  

18:56
12 Fevral

Parlamentlərarası münasibətlər və əməkdaşlıq imkanları Lyublyanada müzakirə olunub  

18:49
12 Fevral

Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır  

18:37
12 Fevral

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib  

18:26
12 Fevral

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

18:22
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!