27 Yanvar 2025 09:31
186
CƏMİYYƏT
A- A+
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək


Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edəcək.

“Report” xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün ötən prosesdə verilən vəsatətlər üzrə qərarlar elan ediləcək. Daha sonra işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, ötən prosesdə Arayik Harutyunyandan savayı digər təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etmişdilər. Zərərçəkmiş şəxslər və dövlət ittihamını müdafiə edən prokurorlar isə vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən istəyib.

Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul etmək üçün prosesdə fasilə elan edib.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bu gün həmçinin müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası davam etdiriləcək.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə Ruben Vardanyan iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəmişdi. Məhkəmə onun vəsatətini təmin edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib  

21:03
27 Yanvar

Britaniyalı alimlər xərçəngin inkişafının qarşısını ala biləcək peyvənd hazırlayırlar  

20:52
27 Yanvar

İrakli Kobaxidze: Aİ-nin vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir  

19:36
27 Yanvar

İqtisadi Şuranın iclası keçirilib

19:35
27 Yanvar

Əlcəzair telekanalında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib  

19:34
27 Yanvar

Qazaxıstan neft istehsalı üzrə rekordu yeniləyib

19:33
27 Yanvar

Əlcəzair ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını Fransadan tələb edir  

19:30
27 Yanvar

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

18:32
27 Yanvar

Hotellərin gəliri artıb

18:06
27 Yanvar

ANAMA yanında İctimai Şuranın üzvlərinə Agentliyin 25 illiyi yubiley medalı təqdim olunub

17:53
27 Yanvar

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb - FƏRMAN

17:44
27 Yanvar

Avropa İttifaqı Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair qərara dəyişiklik edib

17:28
27 Yanvar

Lüksemburqla iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub

17:26
27 Yanvar

Azərbaycan qılıncoynadanı Estoniyada fəxri kürsüyə qalxıb

17:17
27 Yanvar

Daxili Qoşunların Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir

17:13
27 Yanvar

Ötən il Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıb  

17:10
27 Yanvar

Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanına səfər edəcək

17:08
27 Yanvar

Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

16:59
27 Yanvar

Ekspertlər: Trampın enerji siyasəti neftin qiymətlərinə ciddi təsir etməyəcək

16:56
27 Yanvar

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirir

16:50
27 Yanvar

Azərbaycan savatçıları beynəlxalq turniri 11 medalla başa vurublar

16:49
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!