23 May 2024 15:50
169
CƏMİYYƏT
A- A+

Bu gün COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə veriləcək  

 

“COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının nümunəsidir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda 200-ə yaxın hotel ulduz təsnifatından keçib: “BMT-nin ölkəmizə göndərdiyi komissiya turizm imkanlarını müsbət qiymətləndirib.

Bu gün saat 17:00-da COP29 qonaqları üçün onlayn yerləşdirmə platforması istifadəyə veriləcək. Platformada yalnız ulduz təsnifatından keçmiş 100-dən çox hotel yerləşdirilib. Qiymətlər isə ulduz dərəcəsindən asılı olaraq dəyişir. Qeyd edim ki, qiymətlər ötən COP tədbirlərini nəzərə almaqla sahibkarlar tərəfindən təyin olunacaq. Eyni zamanda, hotellərdən tədbir məkanına birbaşa nəqliyyat xidməti nəzərdə tutulur.

Qeyd edim ki, bu məsələlərlə bağlı 1 000-ə yaxın könüllüyə əlavə təlimlər keçiriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video