30 Avqust 2025 11:38
465
CƏMİYYƏT
A- A+
Bu gün Beynəlxalq İtkinlər Günüdür  

Bu gün Beynəlxalq İtkinlər Günüdür  


Avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür.

AZƏRTAC xəbər verir ki, bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.

İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki, hazırda zorla qaçırılma qlobal problemə çevrilib.

Bu günün qeyd olunması hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır.

Beynəlxalq İtkinlər Günü bir sıra dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirir.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onların taleləri haqqında məlumat yoxdur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı həmin ölkə tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə meyitləri belə Azərbaycana təqdim edilməyib.

Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir. Bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə olunan digər vəzifələri həyata keçirir.

Rəsmi məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı ahıl şəxslərdir.

2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyənləşdirilməsi, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Prezident İlham Əliyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntısı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildə başlanılıb. Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilib. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edirlər.

Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 200-ə yaxın vətəndaşın taleyinə aydınlıq gətirilib.

Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışları da davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdərədəki təlim mərkəzində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

16:59
31 Mart

Yaz fəslində sağlamlığı qorumaq üçün nə etmək lazımdır?

16:21
31 Mart

TÜRKPA 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

15:51
31 Mart

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb

15:45
31 Mart

“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək

15:44
31 Mart

Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!  

15:34
31 Mart

Yaxın Şərq münaqişəsi daha çox insanın aclıqdan əziyyət çəkməsinə səbəb olacaq  

15:33
31 Mart

“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 

15:08
31 Mart

Qeyri-iş günlərində şəhər və rayonlararası marşrutlar üzrə 200 mindən çox sərnişin daşınıb

15:06
31 Mart

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:48
31 Mart

Fransada yanacaq qıtlığı yaşanır  

14:29
31 Mart

Hesabat: Cəmi 13 ölkə təhlükəsiz hava keyfiyyəti standartlarına uyğundur

14:23
31 Mart

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

14:17
31 Mart

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

14:01
31 Mart

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

13:53
31 Mart

Qızılın qiyməti 5400 dollara yüksələ bilər – PROQNOZ

13:41
31 Mart

Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq

13:31
31 Mart

Dollar mart ayını 2022-ci ildən bəri ən yaxşı aylıq göstərici ilə başa vurur

13:13
31 Mart

ABŞ Prezidenti: Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmaq əzmindəyik  

13:07
31 Mart

Fransada yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri yolu bağlayıblar  

13:05
31 Mart

Hörmüz boğazı üçün iki fərqli plan: pulsuz gəmiçilik, yoxsa Süveyş modeli?

13:04
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!