07 Oktyabr 2025 17:18
941
CƏMİYYƏT
A- A+
Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı...  

Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı...  


1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi Qızlar Məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə ilk növbədə  bir təhsil müəssisəsinin yaranması hadisəsi kimi qəbul edilsə də, əsl mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.

Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda  məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.

İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan, bu təhsil ocağı  maarifçiliyin real  bünövrəsi kimi tarixə düşdü.

Tağıyevin təşəbbüsü  təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını   sübut etdi.  

Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular. 

Sonradan qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı.

Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.

Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində,

I vitse-prezident Mehriban xanım Əliyevanın həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir.

Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan “Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib;

* “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib;

* İstedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib;

* “Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb.

Onun  beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində  təşəbbüsləri qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib.

Bu missiya həm də keçmişlə bu gün arasında  milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür.

“Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər.”

Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın  humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir.

Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır. 

Əlbəttə ki, yeni əsr, yeni yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur. 

Düz 120 il sonra, 2021-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu  ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə  regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...


Bu məqsədlə hazırda

* Qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir;

* Maarifləndirici görüşlər və təlimlər təşkil edir;

* İlhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdırmağa çalışırıq.

Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini– sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.


 Layihəmizin əsas mesajı aydındır:

“Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var”.


Odur ki, bu 4 il ərzində qızların:

* orta və ali təhsilə davam etməsini təşviq etmək;

* erkən nikah hallarının qarşısını almaq;

* valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq.


Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq.

 Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub. 

Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub.

Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub. 

Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə "Gələcəyə əmin addımlarla" - şəhid xanımlarının təhsilinə dəstək proqramımızdır. Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də  daxil olmaqla artıq 34 nəfərdir.  

Azərbaycan xalqına Zəfər yaşadan igid oğullarımızın  xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir.

Bir sözlə qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin,  çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq.

Bu isə bir layihənin icrasından daha  böyük hədəfə xidmət edir.

Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir

Hazırkı nəticələrimiz  sübut edir ki,  qadının ictimai, siyasi, sosial statusu, eləcə də  bir fərd olaraq bugünü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır. 

Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inkluzivliyin,davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir.

Əgər 124 il bundan əvvəl Zeynalabdin  Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə, indi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.

Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir.

Bahar Muradova

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNƏCƏK

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!