09 Iyul 2024 12:15
292
DÜNYA
A- A+

Britaniyanın müdafiə naziri Ukraynaya səfəri zamanı atəş altına düşüb

 

Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşi altına düşüb.

Daily Mirror nəşrinə istinadla verilən xəbərə görə, britaniyalı nazirin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqları zamanı Odessada hava hücumu xəbərdarlığı elan edilib. Buna görə də görüş iştirakçıları binalardan birinin zirzəmisinə sığınmağa məcbur olublar. Onlar yalnız yarım saat sonra, hava hücumu siqnalı ləğv edildikdən sonra sığınacaqdan çıxa biliblər.

Hili Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyasının qələbəsindən sonra - iyulun 5-də Böyük Britaniyanın müdafiə departamentinin rəhbəri təyin edilib. O, iyulun 7-də Odessaya gəlib və ölkəsinin Ukraynaya 90 ədəd Brimstone raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı tədarük edəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video