08 Fevral 2024 21:48
2053
PARLAMENT
A- A+

Braziliya parlamentinin senatoru: Azərbaycanda seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu

 

Fevralın 8-də Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya parlamentinin senatorları Nelson Trad Filxo və Karlos Viana ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fəzail İbrahimli qonaqlara ölkəmizin qazandığı uğurlar, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkiləri, ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyi barədə məlumat verib. Söhbət zamanı Fəzail İbrahimli Azərbaycan və Braziliya arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Braziliya parlamentinin senatoru Nelson Trad Filxo ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq fevralın 7-də keçirilmiş seçki prosesini müşahidə zamanı vətəndaşların göstərdikləri fəallıq, onların seçkiyə göstərdikləri diqqət, prosesin yüksək səviyyədə təşkil olunması barədə fikirlərini bölüşüb, seçkilərin uğurlu keçirilməsinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, təhsil və digər sahələrdə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video