21 Fevral 2024 09:24
913
SİYASƏT
A- A+
Böyük qayıdışa zərif töhfə

Böyük qayıdışa zərif töhfə

 

7 il öncə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu

 

"...Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar".
2020-ci il dekabrın 8-də, Zəfərlə bitən Vətən müharibəsinin üzərindən cəmi bir ay keçdikdən sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsindəki paylaşımında bu fikirləri bildirmiş, eyni zamanda qürur hissi ilə xalqımıza Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığı müjdəsini vermişdi: "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır..."
Budur, artıq sürətlə yeni həyata qayıdan Qarabağ və Şərqi Zəngəzurun məscidlərindən də müqəddəs azan sədası yüksələrək bütün Azərbaycana yayılır, xalqımızın ruhuna mənəvi dinclik bəxş edir. 

 

Mühüm dəstək

 

Azərbaycan xalqı ilk dəfə işğaldan azad olan yurdlarımızın düşmən tərəfindən necə viranə qoyulmasını o yerlərə Qalib Lider İlham Əliyevlə birgə səfər edən Mehriban xanımın ürək ağrısı ilə çəkib paylaşdığı videogörüntülərdən izləmişdi. Erməni təcavüzkarlarının işğal müddətində yaşayış məntəqələrimizi necə çapıb-talamasını, dini, tarixi, mədəni abidələrimizi dağıtmasını, ekologiyamıza qənim kəsilməsini dəhşətlə seyr etmişdi. 
Eyni zamanda Prezident İlham Əliyevin 2020-ci il noyabrın 24-də birinci xanımla birgə Ağdam Cümə məscidinə ziyarətə getməsi, Məkkədən gətirdiyi "Qurani-Kərim"i dini ocağımıza hədiyyə etməsi xalqımızın ürəyinə sərin su çiləmiş, keçmiş məcburi köçkünlərə tezliklə tarixi yurdlarımızın dirçəldiləcəyinin, ruhunun özünə qaytarılacağının rəmzi mesajını çatdırmışdı.  
Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti ilə cəmi üç il ərzində Qarabağ və Şərqi Zəngəzurda dünyada bərabərinə rast gəlinməyən bərpa və quruculuq işləri aparılır, "ağıllı şəhər və kəndlər" tikilir. Qayıdış proqramının uğurlu icrasının nəticəsidir ki, artıq  Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinin, eləcə də Laçın və Füzuli şəhərlərinin timsalında tarixi yurdlarımıza Böyük qayıdış da həyata keçirilib. 
Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda apardığı nəhəng quruculuq və bərpa işlərinə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu mühüm dəstək verir. 
Fəaliyyətə başladığı ilk gündən ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirən fond Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına tez zamanda qayıdışı üçün görülən işlərə dəstək verir, tarixi, dini və mədəni irsimizin bərpası istiqamətində mühüm fəaliyyət göstərir. 

 

Vətən borcu 

 

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidənqurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir.
Artıq 2023-cü ilin may ayında bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir. Həmçinin Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər ağa məscidində aparılır.
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Heydər Əliyev Fondu Zəngilan məscidində də bərpa-tikinti işlərinə başlayıb. Fond tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, onun konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscidin inşası "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
Ermənilərin daşı daş üstündə qoymadığı Ağdamın mənəvi rəmzi Ağdam Cümə məscidi də fond tərəfindən bərpa olunur. 
2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduğu zaman etdiyi çıxışında dövlət başçısı İlham Əliyev fondun işğaldan azad edilən torpaqlarımızda gerçəkləşdirdiyi mühüm işlərlə bağlı bu fikirləri dilə gətirmişdi: "Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk".

 

Nəcib missiya

 

Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtı, Zəfər qalamız Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, bərpa işlərindən sonra Şuşada Yaradıcılıq Mərkəzinin, Mehmandarovların malikanə kompleksinin  açılışının edilməsi və sair daxildir.  Şuşada bərpa edilərək təqdim edilən möhtəşəm layihələrdən biri də "Yasəmən" hotelidir. 
Mədəniyyət paytaxtında fond tərəfindən bərpası həyata keçirilən binalardan biri də milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağın mədəni ənənələrinə də yenidən həyat verir. İllər sonra, 2021-ci il mayın 12-13-də Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, həmin il avqustun 30-da illərdən sonra yenidən Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin keçirilməsi və sair mühüm tədbirlər bunun təcəssümüdür. 
Eyni zamanda fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusunun, "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, mədəni irsinin dünyada tanıdılmasına, həmçinin qorunaraq gələcək nəsillərə ötürülməsinə ərmağandır.
Nümunə gətirdiyimiz bu faktlardan da göründüyü kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2020-ci il dekabrın 8-dən etibarən Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasını müvəffəqiyyətlə həyata keçirir. Xalqımıza məxsus maddi-mədəni irsin bərpası fonunda tarixi  bərpa etmək kimi nəcib missiyanı yerinə yetirir. Prezident İlham Əliyevin təbirincə desək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə...

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!