13 Yanvar 2026 08:15
153
CƏMİYYƏT
A- A+
Böyük qayıdış bu il də sürətlə davam edəcək

Böyük qayıdış bu il də sürətlə davam edəcək


Azərbaycan müasir tarixinin ən taleyüklü və şərəfli dövrlərindən birini yaşayır. Uzun illər davam edən işğala son qoyulması ilə ölkə təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də milli ləyaqətini, siyasi iradəsini və dövlətçilik prinsipini real nəticələrlə təsdiqlədi. Bu qələbə yalnız hərbi uğur kimi deyil, xalqın birliyi, dövlətin gücü və beynəlxalq hüququn praktik müstəvidə bərqərar olunması baxımından tarixi hadisə kimi qiymətləndirilir. Məhz bu mərhələdən sonra Azərbaycan inkişafının yeni, daha məsuliyyətli mərhələsinə qədəm qoydu.

Uzun illər dağıntılara və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün həyat yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən sistemli və mərhələli layihələr nəticəsində regionda bərpa və quruculuq işləri paralel şəkildə icra olunur, sosial və iqtisadi infrastruktur yenidən formalaşdırılır. Prezident 

İlham Əliyevin "Biz Böyük qayıdış proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır" fikri bu prosesin mahiyyətini dəqiq ifadə edir.

İşğaldan azad edilmiş bölgələrin inkişafı ölkənin ümumi iqtisadi strategiyasının ayrılmaz hissəsidir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının dövriyyəyə cəlb edilməsi üçün kənd təsərrüfatı sahəsində geniş imkanlar yaradılır. Tarixi ənənələrə əsaslanan üzümçülük, pambıqçılıq, tütünçülük, bağçılıq və heyvandarlıq sahələri yenidən dirçəldilir. Eyni zamanda sənaye zonalarının yaradılması, logistika mərkəzlərinin qurulması və nəqliyyat imkanlarının genişləndirilməsi regionu strateji iqtisadi məkana çevirir. Bu yanaşma ölkədə balanslı və dayanıqlı iqtisadi inkişaf modelinin möhkəmlənməsinə xidmət edir.

Bütün bu proseslərin mərkəzində isə "Böyük qayıdış" proqramı dayanır. Bu proqram yalnız fiziki infrastrukturun qurulmasını deyil, insanların öz doğma torpaqlarına təhlükəsiz, mərhələli və ləyaqətli şəkildə qayıdışını təmin etməyi hədəfləyir. Prezidentin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, görülən işlərə şəxsən nəzarət etməsi və sakinlərlə birbaşa ünsiyyəti Böyük qayıdışın insanyönümlü siyasət olduğunu açıq şəkildə göstərir.

Qayıdış prosesi təkcə evlərin tikintisi ilə məhdudlaşmır. Köçürülən ailələr üçün təhsil, səhiyyə, sosial xidmətlər, məşğulluq imkanları və psixoloji adaptasiya mexanizmləri yaradılır. Bu yanaşma insanların uzunmüddətli perspektivdə bölgədə sabit və təhlükəsiz həyat qurmasına imkan verir. 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı məhz bu məqsədlərə xidmət edir və beş milli prioritet əsasında icra olunur.

Son illər Böyük qayıdış prosesində ciddi irəliləyişlər qeydə alınıb. Xüsusilə ötən il bu baxımdan mühüm mərhələ kimi yadda qalıb. 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç prosesi həyata keçirilib. Yeni ilin ilk günlərində də bu proses davam etdirilib. Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri ilk sakinlərinə qovuşub. İlk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb.

Hazırda respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış insanlar mərhələli şəkildə öz doğma yurdlarına köçürülür. Bu günədək 6554 ailə, 25754 nəfər artıq Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Ümumilikdə 7 şəhər, 3 qəsəbə və 26 kənd sakinlərini qarşılayıb. 2027-ci ilədək isə 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır. Böyük qayıdışın birinci mərhələsi tamamlanana qədər isə 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur.

Bu irimiqyaslı proseslərin maliyyə təminatı da dövlət tərəfindən tam şəkildə həyata keçirilir. 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. Belə ki, 2020-2025-ci illərdə bərpa işlərinə 22,3 milyard manat, o cümlədən 18,5 milyard manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 milyard manat, 2026-cı ildə isə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə (2026-cı il daxil) məbləğ 30,5 mlrd manatdır. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində deyib ki, infrastruktur layihələri icra edildikcə evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, baş plan əsasında həyata keçiriləcək. Bu layihələr reallaşdırılarkən tələskənliyə yol verilib, keyfiyyət unudulmamalıdır. "Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır", - deyə dövlətimizin başçısı qeyd edib.

Azad edilmiş ərazilərdə infrastrukturun qurulması da sürətlə davam edir. Füzuli, Zəngilan və Laçında 3 beynəlxalq hava limanı artıq istifadəyə verilib. 3714,8 km-lik 65 avtomobil yolu layihəsi icra olunur, onların 441,5 kilometri tamamlanıb. Bərdə-Ağdam dəmir yolu xətti istifadəyə verilib, Horadiz-Ağbənd xətti 69 faiz, Ağdam-Xankəndi xətti isə 28,3 faiz icra olunub. Enerji və kommunal sahədə də mühüm işlər görülüb - 1000 km-dən çox yüksək gərginlikli elektrik xətləri, 6 magistral qaz xətti çəkilib, 31 yaşayış məntəqəsi qazlaşdırılıb.

Sosial infrastrukturun qurulması da diqqət mərkəzindədir. Zabuxçay su anbarı və magistral boru kəməri istifadəyə verilib, Şuşada 90 çarpayılıq Müalicə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və çoxsaylı mədəniyyət obyektləri tikilib və bərpa olunub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda 247 min hektardan çox ərazi minalardan təmizlənib ki, bu da təhlükəsiz yaşayış üçün əsas şərtlərdən biridir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda formalaşan mənzərə Azərbaycanın inkişaf tarixində yeni bir səhifənin açıldığını göstərir. Burada qələbə quruculuqla, dağıntılar inkişafla, ağrılı keçmiş isə gələcəyə inamla müşahidə olunur. Yenidən dirçələn şəhər və kəndlər, yaradılan iqtisadi və sosial imkanlar dövlətin gücünü, xalqın birliyini və Azərbaycanın davamlı inkişaf yolunda inamla irəlilədiyini aydın şəkildə nümayiş etdirir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqlayıb  

09:44
13 Yanvar

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz vergi tətbiq ediləcəyini açıqlayıb  

09:34
13 Yanvar

Ağ Ev: Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək  

09:32
13 Yanvar

Venesueladakı hadisələr qlobal neft qiymətlərinə necə təsir edəcək?

09:00
13 Yanvar

Opera tariximizdə xüsusi yer tutan sənətkar

08:55
13 Yanvar

Tarixi keçmişimizi özündə yaşadan məkan

08:50
13 Yanvar

Azərbaycan iqtisad elminin fədaisi

08:45
13 Yanvar

Elm və təhsil siyasətinin strateji hədəfləri

08:40
13 Yanvar

Paytaxtımızın möhtəşəm "yaşıl bina"sı

08:35
13 Yanvar

Yol infrastrukturuna görə MDB-də 1-ci, dünyada 24-cü

08:30
13 Yanvar

Müstəqil və praqmatik xarici siyasət kursu

08:25
13 Yanvar

Bakıdan İrəvana uzanan sülh qatarı

08:20
13 Yanvar

Böyük qayıdış bu il də sürətlə davam edəcək

08:15
13 Yanvar

Azərbaycan beynəlxalq sərmayələr üçün etibarlı və strateji məkandır

08:10
13 Yanvar

"Xızı-Abşeron" KES Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiq edir

08:05
13 Yanvar

Abşeron: altı “qara qızıl", üstü “yaşıl enerji"

08:00
13 Yanvar

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!