13 Fevral 2026 10:47
694
DÜNYA
A- A+
BMT-nin hesabatı: Keçən il Suriyanın keçid dövrü Prezidentinə üç sui-qəsd cəhdi olub

BMT-nin hesabatı: Keçən il Suriyanın keçid dövrü Prezidentinə üç sui-qəsd cəhdi olub


BMT-nin İŞİD-in yaratdığı təhlükə ilə bağlı son qiymətləndirməsinə görə, ötən il Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və hökumətin iki yüksəkvəzifəli üzvünə qarşı beş sui-qəsd cəhdinin qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzetinin verdiyi məlumata görə, bu cəhdlərin təfərrüatı BMT Baş katibinin İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı təşkilatın Terrorla Mübarizə İdarəsi ilə koordinasiyalı şəkildə hazırladığı 22-ci hesabatında yer alıb.

Hesabatda deyilir ki, əl-Şaraa, həmçinin daxili işlər naziri Ənəs Xəttab və xarici işlər naziri Əsəd əl-Şeybani prioritet hədəf kimi müəyyən edilib. Hələb və Dəra şəhərlərində Prezidentə qarşı iki sui-qəsd planı BMT tərəfindən siyahıya alınmayan, lakin İŞİD-in cəbhəsi kimi fəaliyyət göstərdiyi qiymətləndirilən “Ənsar əl-Sünnah” qruplaşması tərəfindən həyata keçirilib.

Hesabatda deyilir ki, davamlı antiterror əməliyyatlarına baxmayaraq, Suriyadakı təhlükəsizlik vəziyyəti kövrək olaraq qalır və İŞİD qruplaşmaları ölkə daxilində fəaliyyətini davam etdirir. Hücumlar, əsasən, şimal və şimal-şərqdə təhlükəsizlik qüvvələrinə, o cümlədən Suriya və ABŞ-ın birgə rəhbərlik etdiyi koalisiya qoşunlarına yönəlib. İŞİD, həmçinin milli hakimiyyəti zəiflətmək üçün məzhəb gərginliyini alovlandırmağa, o cümlədən ibadət yerlərinə hücumlar təşkil etməyə çalışıb.

Sənəddə əlavə edilib ki, təxminən 3000 İŞİD döyüşçüsü İraq və Suriyada aktiv olaraq qalır, onların əksəriyyəti Suriyada yerləşir. Suriya səhrası strateji əhəmiyyətini saxlasa da, artıq qrupun əsas qalası deyil. Bundan başqa, əməliyyat uğursuzluqlarına baxmayaraq, İŞİD həm hücumlar həyata keçirmək, həm də siyasi və məzhəb ayrılıqlarından istifadə etmək qabiliyyətini qoruyub saxlayır.

Suriya ötən ilin noyabr ayında rəsmi olaraq İŞİD əleyhinə koalisiyaya qoşulub. 2014-cü ildə yaradılan koalisiya əvvəllər Suriya və İraqda terrorçu qrupa qarşı hərbi əməliyyatlar həyata keçirib.

2024-cü ilin sonlarında Əsəd rejiminin süqutundan bəri yeni Suriya administrasiyası ölkə miqyasında təhlükəsizlik şərtlərini sərtləşdirmək üçün çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!