30 Sentyabr 2023 15:04
893
CƏMİYYƏT
A- A+
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub

 

Otuz bir il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Daşaltı uğrunda gedən döyüşlər zamanı itkin düşən şəhid Məmmədov Elmar İnqilab oğlu ilə sentyabrın 30-da Şamaxının Cümə məscidində vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı oğluna təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Minlərlə vətəndaşımız kimi, Elmar da erməni separatçılarının ərazi iddialarına, Ermənistanda və Qarabağda öz doğma yurdlarından didərgin salınmış həmvətənlərinin əzablarına biganə qala bilməzdi. O, 1990-cı ilin Yanvar faciəsindən sonra silaha sarılıb və cəbhəyə yollanıb. Qəhrəman döyüşçü silahdaşları ilə birlikdə Tərtər, Goranboy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə düşmənə ağır zərbələr endirib. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

10:17
15 İyun

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

09:38
15 İyun

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

09:18
15 İyun

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

09:15
15 İyun

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

09:09
15 İyun

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

02:38
15 İyun

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

01:18
15 İyun

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!