15 İyun 2026 13:06
128
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni və mühüm mərhələnin başlanğıcı oldu.

İşğaldan azad edilmiş Şuşada imzalanan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin və regionun gələcək inkişafının strateji yol xəritəsini müəyyənləşdirdi.

 Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi köklərə söykənən və gələcəyə hesablanmış mühüm siyasi sənəddir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları bu sənədin ideoloji əsasını təşkil edir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək, siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə möhkəm hüquqi baza yaratdı. Bu sənəd iki dövlətin milli maraqlarının qorunması, regional sabitliyin təmin olunması və beynəlxalq müstəvidə birgə fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəyannamənin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Sənəddə əks olunan qarşılıqlı dəstək və hərbi əməkdaşlıq müddəaları ölkələrimizin təhlükəsizliyinin təmin olunmasına, müdafiə potensialının gücləndirilməsinə və regionda sülhün qorunmasına xidmət edir. Bu, eyni zamanda, revanşist dairələrə və bölgədə sabitliyi pozmağa çalışan qüvvələrə verilmiş açıq və qəti mesajdır.

Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm perspektivlər açır. Qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində müəyyən edilmiş hədəflər regionun iqtisadi xəritəsini yenidən formalaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin tranzit imkanlarını artırmaqla yanaşı, Avropa ilə Asiya arasında yeni iqtisadi və logistik körpünün yaranmasına xidmət edir.

Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Türkiyə şirkətlərinin fəal iştirakı da Şuşa Bəyannaməsinin real nəticələrindən biridir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən layihələr qardaş ölkələrin birliyinin və həmrəyliyinin bariz nümunəsidir.

Bəyannamədə diaspor fəaliyyəti, informasiya siyasəti və beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələlərinin əks olunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti beynəlxalq ictimaiyyətə həqiqətlərimizin çatdırılması və milli maraqlarımızın müdafiəsi baxımından mühüm imkanlar yaradır.

Artıq beş ilə yaxındır ki, Şuşa Bəyannaməsi regionda yeni geosiyasi reallıqların formalaşmasına, Türk dünyasının inteqrasiyasının güclənməsinə və Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Şuşada hər il keçirilən beynəlxalq konfranslar da bu tarixi sənədin əhəmiyyətini bir daha nümayiş etdirir.

Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir. Bu sənəd gələcək nəsillərə miras qalan strateji yol xəritəsi olmaqla yanaşı, bölgədə sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynamaqda davam edəcəkdir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

13:39
15 İyun

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

13:28
15 İyun

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

12:58
15 İyun

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir 

11:28
15 İyun

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir  

11:03
15 İyun

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır 

10:36
15 İyun

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

10:36
15 İyun

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir 

10:31
15 İyun

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur 

10:21
15 İyun

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

10:17
15 İyun

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

10:17
15 İyun

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır 

10:13
15 İyun

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

10:07
15 İyun

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir  

10:01
15 İyun

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

09:58
15 İyun

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır   

09:51
15 İyun

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

09:42
15 İyun

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

09:41
15 İyun

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

09:38
15 İyun

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına  

09:26
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!