15 Sentyabr 2026 15:28
762
İDMAN
A- A+
Bir cümləlik futbol savaşı  

Bir cümləlik futbol savaşı  


Futbolda bəzən hesab tablodakı rəqəmlərlə deyil, meydandakı xarakterlə yazılır. Bəzən isə bir cümlə illərlə davam edən futbol müharibələrindən daha çox səs-küy yaradır. Portuqaliya millisinin və “Real Madrid”in sabiq müdafiəçisi də məhz belə bir cümlə ilə gündəmə gəlib.

Karyerası boyunca sərt oyunu, güzəştsiz mübarizəsi və rəqib hücumçular üçün keçilməsi çətin “qala” olması ilə tanınan veteran müdafiəçi bu dəfə argentinalı futbolçu  barədə olduqca sərt fikirlər səsləndirib. Pepenin sözlərinə görə, De Paul onun futbol oynadığı dövrdə meydana çıxsaydı, argentinalı yarımmüdafiəçi üçün işlər heç də yaxşı nəticələnməzdi: “Şanslı idi ki, bizim dövrümüzdə oynamadı. Mən qırmızı vərəqə alıb bir neçə oyunluq cəza çəkərdim, amma o, sonrakı 6 ayı xəstəxanada keçirərdi”.

Bir vaxtlar meydanda bir addım belə geri çəkilməyən Pepenin bu sözləri futbol dünyasında dərhal diqqət çəkib. Onun fikirlərində həm keçmiş futbolun sərtliyinə nostalji, həm də De Paulun meydandakı xarakterinə açıq eyham var. Lakin portuqaliyalının sözləri bununla bitməyib. Pepe bu dəfə De Paul ilə Polşa futbolunun ulduzu arasında müqayisə apararaq argentinalı futbolçuya daha bir zərbə vurub.

“Levandovski hər kəsin hörmət etdiyi, hər kəsin tanıdığı və De Pauldan daha çox kubok qazanmış futbolçudur. Robert karyerası boyunca ölümcül hücumçu kimi xatırlanacaq. De Paul isə həmişə Messinin adamı kimi yadda qalacaq”, – deyə Pepe bildirib. Bu ifadələr futbolun başqa bir reallığını da üzə çıxarır: meydanda qazanılan titullar qədər, futbolçunun öz adına yazdığı tarix də önəmlidir. Bir oyunçu qolçuluğu, digəri mübarizəsi, başqası isə böyük ulduzun kölgəsindəki rolu ilə yadda qala bilər.

Pepe üçün futbol həmişə sərtlik, xarakter və mübarizə olub. De Paul isə Argentina millisinin  qazandığı uğurlarla öz hekayəsini yazıb. İndi isə veteran müdafiəçinin sözləri həmin hekayənin üzərinə yeni bir sual işarəsi qoyur. Futbolda əsas oyunlar 90 dəqiqə ilə bitir, bəzi sözlər isə final fitindən sonra başlayır. Pepe ilə De Paul arasındakı “meydan savaşı”  isə görünür, hələ davam edir.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!