28 Iyun 2024 22:59
226
CƏMİYYƏT
A- A+

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

 

Müxtəlif ölkələrarası məsafələri əhatə etməklə velosiped yürüşləri təşkil edən “Ride 25" şirkətinin builki 11-ci yürüşü iyun ayında Azərbaycan və Gürcüstan ərazilərindən keçərək başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi məsafəsi 563 kilometr təşkil edən veloyürüş Tbilisi-Telavi-Qax-Qəbələ-Bakı marşrutu ilə iştirakçılara Azərbaycanın qədim yaşayış məskənlərini və tarixi yerlərini kəşf etmək, ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Bakıda yekunlaşmış veloyürüşdən sonra yarış təşkilatçıları bir qrup şəhid övladı ilə görüşərək onlara 15 ədəd velosiped hədiyyə ediblər.

Dənizkənarı Milli Parkda hədiyyələrin təqdimatında iştirak edən uşaqlar yeni velosipedlərini bulvarda yüksək əhvali-ruhiyyədə sınaqdan keçiriblər.

Tədbirin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və “Ride 25” şirkətinin nümayəndələri, eləcə də Yaşat Fondu, Azərbaycan Velosiped Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uşaqlar və valideynlərlə ünsiyyət qurub, yay tətili dövründə uşaqlara xoş və aktiv istirahət arzulayıblar.

Hədiyyələri uşaqlara təqdim edən velosiped yürüşünün iştirakçıları, “Ride 25” şirkətinin rəhbəri Rob Hamilton və tədbirin təşkilatçılarından olan, İngiltərədə yaşayan soydaşımız Kamran Əzizi Azərbaycanın ecazkar gözəlliyinin və xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib, eləcə də yürüşün Azərbaycandan keçməsinə yaratdığı şərait üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Sonda, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən velosiped yürüşünün iştirakçılarına Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə edilib.

“Ride 25” şirkəti dünyada tanınmış velosiped yürüşləri təşkilatçısıdır. Təşkilatın məqsədi müxtəlif ölkələr arasında velosiped yürüşləri keçirməklə insanları idmana və səyahətə təşviq etmək, eləcə də müxtəlif xeyriyyə layihələrinə dəstək olmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video