18 İyun 2025 22:19
525
CƏMİYYƏT
A- A+
Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib. Belə tədbirlərin təşkilinin, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin olunmasının Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirdiyini vurğulayıb. Qeyd edib ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür.

Görüşdə qonaqlara Azərbaycanın inkişaf yolu və insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

S.Qafarova Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı, şəhər və kəndlərimizin, infrastrukturun, tarixi, dini, mədəni irsin tamamilə dağıdılması haqqında da danışaraq deyib ki, burada söhbət həm də insan hüquqlarının, xalqımızın əsas azadlıqlarının pozulmasından gedir. Onun sözlərinə görə, Azərbaycan xalqı etnik təmizləmə və soyqırımı ilə üzləşmiş, öz yurd-yuvasından didərgin düşməyə məcbur olmuşdur. Qeyd olunub ki, işğal edilmiş ərazilərdən 750 mindən çox məcburi köçkün, həmçinin Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı 1980-ci illərin sonlarında, hələ münaqişə başlamamış öz doğma yurdlarından didərgin salınıb. Ağır sosial-iqtisadi yükə baxmayaraq, dövlətimiz onların ehtiyaclarını ödəmək, təməl hüquqlarını təmin etmək üçün bütün lazımi tədbirləri gördü. Bu mənada, ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası həm də insan hüquqlarının və əsas azadlıqların təntənəsidir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılıb.

Parlamentin sədri aradan qaldırılmalı olan bəzi məsələlərdən də danışıb. O, xüsusilə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilmədiyini, Ermənistanın hələ də buna məhəl qoymadığını söyləyib.

Görüşdə çıxış edən Türkiyənin baş ombudsmanı Mehmet Akarca, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İcraçı katibi Almas Ali Jovindah, Özbəkistan Ali Məclisinin İnsan Hüquqları üzrə müvəkkili Feruza Eşmatova, Slovakiya ombudsmanı Robert Dubrovodski simpoziumda müzakirə olunan mövzuların aktuallığı və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Həmçinin insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu sahədə qanunverici orqanların mühüm rolu xüsusilə qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!