28 Oktyabr 2023 09:00
5687
SİYASƏT
A- A+
Beynəlxalq enerji tərəfdaşlığı platforması

Beynəlxalq enerji tərəfdaşlığı platforması

 

 

"Qaradağ" stansiyasının istifadəyə verilməsi "yaşıl enerji" hədəflərimizə doğru inamlı addımdır 

 

Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması getdikcə daha da möhkəmlənir. Həm də yeni-yeni sahələri əhatə edir. Son illər bərpaolunan enerji sahəsinin inkişafı istiqamətində atılan addımlar buna əyani misaldır. 
Budur, Prezident İlham Əliyev ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasının - "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılışını da etdi. 
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti ilə tikilən 230 MVt gücündə bu stansiyanın yaranma tarixi çox qısadır. Belə ki, Azərbaycanın Energetika Nazirliyi, "Azərenerji" ASC və BƏƏ-nin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanmasından cəmi iki il yarım vaxt keçir. Stansiyanın təməli isə il yarım əvvəl qoyulub. Əgər "Qaradağ"ın Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası olduğunu qeyd etsək, Azərbaycanın öz qarşısına qoyduğu hədəflərə həmişə beləcə uğurla çatdığını bir daha vurğulamış olarıq.
Hədəflərimiz isə böyükdür. Elə bərpaolunan enerji sahəsində də. Məlum olduğu kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədə doğru atılan inamlı və uğurlu addımlardan biri də məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsidir. 
Qeyd edək ki, stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Burada ildə yarım milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək. 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya günəşdən aldığı enerji ilə 110 mindən çox evi işıqlandıracaq. 
Prezidentimizin dediyi kimi: "Bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin "yaşıl enerji" mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin "yaşıl enerji"yə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə "Masdar"ı, onun rəhbərliyini təbrik etmək istərdim. Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir".
Hazırda ölkəmizdə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə təməli 2022-ci il yanvarın 13-də qoyulmuş "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşası da davam edir. Lakin bərpaolunan enerji gündəliyimiz bununla məhdudlaşmır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizi "yaşıl enerji" zonası ?lan edib və bunu həqiqətə çevirmək üçün hazırda mühüm əməli addımlar atılır. Məsələn, Cəbrayıl rayonunda bp şirkəti ilə yeni böyük günəş-elektrik stansiyasının tikintisinə hazırlıq görülür. Lakin məsələ təkcə günəş və ya külək-elektrik stansiyaları ilə də bitmir. Dövlətimizin başçısı bu barədə məlumat verərək deyib: "Biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da "yaşıl enerji"yə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır".
Azərbaycanın təbii sərvətləri bu gün beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixrac etməyə imkan verir. Gələcək planlar göstərir ki, yaxın illərdə ölkəmiz hidrogen, o cümlədən "yaşıl hidrogen" də ixrac edəcək. 
Məlum olduğu kimi, keçən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturun yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin də özünəməxsus çətinlikləri və spesifik cəhətləri var. Məsələn, bərpa-olunan enerjinin inteqrasiya edilməsi üçün münasib interkonnektorlara ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Bu məqsədlə tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə birgə iş aparılır. "Masdar"la tərəfdaşlıq isə gələcək uzun yolların başlanğıcında atılan uğurlu addımdır və onların sayı artmaqdadır. 
Xatırladaq ki, hələ bu il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Masdar" arasında ölkəmizdə 2 QVt gücündə Dənizdə Külək və Hidrogen layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanmışdır. 
Bu günlərdə, "Qaradağ" stansiyasının açılışından sonra isə "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company - "Masdar" şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı investisiya müqavilələri imzalanması baş tutdu.
Azərbaycandakı layihələrə Birləşmiş Ərəb Əmirlikləri də böyük önəm verir. BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir "Qaradağ" stansiyasının açılışındakı çıxışında bunu belə ifadə edib: "Bu tədbir Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbirdir… "Masdar"ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksəksəviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsinlər. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir. Cənab Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram. Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq Həftəsində çıxışınızı yaxşı xatırlayıram. Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, "yaşıl iqtisadi artım" üçün strateji addım idi. Zati-aliləri, bu yanaşma Birləşmiş Ərəb Əmirliklərinin də yanaşmasının güzgüdəki əksinə bənzəyir. Əslində bu, Birləşmiş Ərəb Əmirliklərinin ötən iyirmi il ərzində qəbul etdiyi bir yanaşmadır. Bu gün Birləşmiş Ərəb Əmirlikləri böyük fəxarət hissi ilə "Masdar" kimi mütərəqqi enerji şirkətinin timsalında bunu sərgiləmiş olur. Bildiyiniz kimi, "Masdar" dünyanın aparıcı, məhz bərpaolunan enerji şirkətinə çevrilmişdir. Bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!