26 İyun 2020 01:10
2771
Mədəniyyət
A- A+
Bəylər məscidi

Bəylər məscidi


Qədim Bakının inkişaf mərhələlərini nəzərdən keçirsək görərik ki, bu şəhər müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etməsi nəticəsində mənəvi mədəniyyətin mənbəyi olmuşdur. VII əsrin birinci yarısında Azərbaycanın bütün şəhərlərində, o cümlədən atəşpərəstlərin nüfuzlu dini mərkəzi sayılan Bakıda İslam dininin yayılması geniş vüsət almışdı. Burada çoxsaylı dini memarlıq abidələri - məscid, təkyə, məktəb-məscid və türbələr inşa edilmişdir.

İçərişəhərin şimal-qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında dini tikililər arasında Bəylər məscidi yerləşir. 1895-ci ildə inşa olunan məscid yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı almışdır. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacıbaba və Hacı Cavad, eləcə də məşhur milyonçu Ağa Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər.

İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib və əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilb.

Bəylər məscidində bərpa və konservasiya işləri "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə "Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Burada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim "Qurani-kərim” kitabları nümayiş etdirilir. Ziyarətçilər 73 Quran, 7 dini kitab, 19 dini atribut, ümumilikdə, 99 eksponatla tanış ola bilirlər. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və onun axundu tərəfindən divara hörülərək qorunan Quran, eləcə də Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır.

Azərbaycanın müxtəlif regionlarından əldə edilən müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalardan və şəxsi mülklərdən toplanmışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parisi kütləvi etirazlar bürüyüb

09:20
08 Aprel

ANA DİLİ

09:15
08 Aprel

Bəxtiyar Vahabzadənin hikmət dünyası

09:10
08 Aprel

Üfunət iyindən evdə otura bilmirik

09:05
08 Aprel

Səliqə-sahman təmizlikdən başlayır

09:00
08 Aprel

Parklanma ciddi problemə çevrilib

08:55
08 Aprel

Məktəbimizin binası qəzalı vəziyyətdədir

08:50
08 Aprel

Salyan daha müasir şəhərə çevrilir

08:45
08 Aprel

"Mələklərin fəryadı" sərgisi nümayiş olunub

08:40
08 Aprel

Astara məktəblisi ABŞ-də oxuyacaq

08:35
08 Aprel

DOST xidməti əsl dostdur

08:30
08 Aprel

Şəhid analarına göstərilən diqqət və qayğını yüksək qiymətləndiririk

08:25
08 Aprel

Hansı lampaların istehsalı, satışı və idxalı qadağan edilir?

08:20
08 Aprel

Ermənilərin məkrli planı

08:15
08 Aprel

Ermənistanın ikili siyasəti sülh prosesini çətinləşdirir

08:10
08 Aprel

Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir

08:05
08 Aprel

MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN

08:00
08 Aprel

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:52
08 Aprel

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:51
08 Aprel

"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:50
08 Aprel

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

00:49
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!