08 Aprel 2025 09:20
430
DÜNYA
A- A+
Parisi kütləvi etirazlar bürüyüb

Parisi kütləvi etirazlar bürüyüb


Marin Le Pen təslim olmaq fikrində deyil


Parisdə minlərlə insan Fransa müxalifət lideri Marin Le Penə dəstək nümayişi keçirib. Kütləvi etirazlar paytaxtın mərkəzini bürüyüb. Marin Le Penə dəstək nümayişində Fransa bayrağının rənglərində lentlər taxmış ən azı on min nümayişçi iştirak edib.

Müxalifət lideri, prezident Emmanuel Makronun əsas rəqibi keçən həftə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib və ona növbəti 5 il müddətinə seçkilərdə iştirak etmək qadağası qoyulub. Birinci instansiya məhkəməsinin bu barədə çıxardığı verdikt son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb.

Voban meydanında mitinqçilərin qarşısına çıxan Marin Le Pen mübarizəni davam etdirəcəyini bəyan edib və şəhər sakinləri ilə birlikdə dövlət himnini oxuduqdan sonra deyib: "Mən buxov və tiranlıqla tanışam. Mən qəddarlığı və zorakılığı öz gözlərimlə görmüşəm. Yaraların ağrısını bilirəm, amma ruhdan düşərək kənara çəkilə bilmərəm. Bunun mənə gətirdiyi əzabları hiss edirəm, amma ümidimi itirmirəm! Ürəyim qəzəblə doludur, təslim olmaq fikrində deyiləm". 

"Milli Birlik" Partiyasının rəsmi lideri kimi onun varisi Jordan Bardella hökmü ədalətsiz və qalmaqallı adlandırıb. Onun fikrincə, bu qərar Marin Le Peni 2027-ci il prezidentlik yarışından kənarlaşdırmağa yönəlib.

"Fransa demokratiyası məhv edilir", "Ədliyyə naziri prokurora bu əmri verib", "Edam edilən Fransa demokratiyasıdır", "Bu, hakimlərin idarəçiliyi deyil,  hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər", - deyə Marin Le Pen tərəfdarları birinci instansiya məhkəməsinin qərarına etirazlarını bildiriblər.

Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Le Penin şikayəti ilə bağlı 2026-cı ilin yayında qərar çıxaracaq. Bu, apellyasiya şikayətində qalib gələcəyi təqdirdə ona prezident seçkilərində iştirak etmək şansı yaranacaq. 

 Bu arada, "Elabe" sosial institutu "BFM TV" və "La Tribune Dimanche"ın sifarişi ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyətləri ilə bağlı sorğunun nəticələrini təqdim edib. Bildirilir ki, ifrat sağçı "Milli Birlik" Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, birinci turda liderliyə yüksəlmək üçün kifayət qədər şansa malikdir.

"Elabe"ın keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu ötən bazar günü keçirilsəydi, partiyanın  iki əsas fiquru- Marin Le Pen 32-36 faiz və Jordan Bardella 31-35,5 faiz səs əldə edə bilərdilər. Hər iki halda partiya nəzərdə tutulan bütün altı ssenaridə sol və sağçı rəqiblərini beş xaldan çox qabaqlayaraq lider olacaqdı.

Sorğu mərkəzi hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama sırasında ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. İndiki daxili işlər naziri Brüno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.

Sorğunun nəticələrinə görə, solçulardan Rafael Qluksman Jan-Luk Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edə bilər.

Qeyd edək ki,  "Milli Birlik"lə eyni vaxtda solçular, habelə makronçular - Qabriel Attalın rəhbərliyi ilə "Renessans" partiyası nümayişə toplaşıb.

 "Qanunun aliliyinə görə narahat olmayın", "İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək", - deyə Parisdə Respublika meydanında toplaşmış solçular ifrat sağçılara qarşı mitinq keçiriblər. Onlar ifrat sağçıların ədalətə qarşı və qanunun aliliyinə zidd olduqlarını bildiriblər. "Yenilməyən Fransa" Partiyasının lideri Jan-Lük Melanşon mitinqdə 15 min iştirakçının olduğunu bildirib. Nümayiş çərçivəsində solçular mayın 1-nə ümumi aksiya keçirməyə çağırış ediblər.

Makronçular isə paytaxtın Sen Deni rayonunda toplaşıblar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seçildikdən sonra keçirilən ilk nümayiş olub. Onunla birlikdə keçmiş baş nazir Eduard Filip, hazırkı hökumət başçısı Fransua Bayru və ədliyyə naziri Jerald Darmanen mitinqdə iştirak ediblər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!