25 May 2023 12:00
360
İQTİSADİYYAT
A- A+

Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub  

 

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) təşkilatçılığı ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri və beynəlxalq hüquq şirkətinin hüquqşünasları tərəfindən “İnvestorlarla imzalanan müqavilələrin əsas şərtlərinin razılaşdırılması və risklərin minimallaşdırılması” mövzusunda seminar keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AREA-nın direktor müavini Aygün Zeynalova bərpaolunan enerji mənbələri layihələrinə dair investorlarla aparılan danışıqlar çərçivəsində müqavilələrin razılaşdırılması, layihələrə cəlb olunan tərəflərin risklərinin minimallaşdırılması, eləcə də layihələrin beynəlxalq maliyyə institutları tərəfindən səmərəli hesab olunması və zəruri şərtlərin müqavilələrə daxil edilməsinin vacibliyini vurğulayıb. IFC nümayəndələrindən ibarət heyətin təqdimatı dinlənilib və fikir mübadiləsi aparılıb.

Seminarda, həmçinin Energetika Nazirliyinin, Mərkəzi Bankın və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video