28 Yanvar 2026 12:53
337
SİYASƏT
A- A+
Berlində “Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda geniş tədbir keçirilib 

Berlində “Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda geniş tədbir keçirilib 


Almaniyanın xarici işlər naziri tədbirdə çıxış edib


Yanvarın 27-də Berlində Bundestaq yanında fəaliyyət göstərən nüfuzlu Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Almaniyanın ICI İnstitutu və Lüdviq Maksimilian Universiteti tərəfindən təşkil olunub.

Almaniyada bu formatda ilk dəfə təşkil olunan tədbirdə bu ölkənin hökumət təmsilçiləri, Bundestaqın üzvləri, ekspertlər, jurnalistlər, Almaniyanın siyasi, iqtisadi və elmi həyatında tanınmış şəxslər iştirak ediblər.

Tədbirdə Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, eləcə də Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan çıxış ediblər.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful çıxışında Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sabiq sədri kimi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə yaxından tanış olduğunu və o zaman hər iki ölkənin səfirləri ilə bu mövzunu mütəmadi şəkildə müzakirə etdiyini diqqətə çatdırıb. Nazir sülh prosesində ötən il əldə olunan nəticələrin hər iki ölkənin böyük nailiyyəti, eləcə də Avropa tarixində mühüm hadisə olduğunu vurğulayıb. Y.Vadeful bu nailiyyətlərin gələcəyə ümidlə baxmağa əsas yaratdığını qeyd edərək bildirib ki, Almaniya bu prosesə bundan sonra da töhfə verməyə hazırdır. Nazir deyib ki, bu sülh hər iki ölkə üçün Avropa İttifaqı ilə sabit və etibarlı münasibətlər qurmaq baxımından da geniş imkanlar yaradır.

Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet hər iki ölkənin səfirlərinin iştirakı ilə Berlində belə bir tədbirin ilk dəfə keçirilməsini yüksək dəyərləndirib. O bildirib ki, bu proses təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda, Almaniya üçün də önəmlidir, çünki Mərkəzi Asiyaya yeni nəqliyyat və dəmir yolu əlaqələri açılacaq və bu, Avropa üçün də vacibdir. A.Laşet, həmçinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Azərbaycana və Ermənistana ilk rəsmi səfərində iştirak etdiyini xatırladaraq, ölkəmizin zəngin tolerantlıq ənənələrini və bütün dinlərin nümayəndələrinin dinc şəkildə birgə yaşamasını xüsusi vurğulayıb.

Səfir Nəsimi Ağayev çıxışında bildirib ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyi ilə ölkəmiz regionda davamlı sülhün və sabitliyin əldə olunması istiqamətində əməli fəaliyyətə başlayıb. Məhz Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, sülh sazişinin əsas prinsiplərini irəli sürüb və onun ilk layihəsini təqdim edib. Danışıqlar ikitərəfli formatda aparılsa da, Almaniya xüsusilə həlledici mərhələdə konstruktiv rol oynayıb. Ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitində tərəflər birgə bəyannamə imzalayaraq və sülh sazişini paraflayaraq, münasibətlərdə yeni səhifə açıblar.

N.Ağayev dayanıqlı və hüquqi baxımdan möhkəm sülh üçün Ermənistan Konstitusiyasının sülh sazişinin prinsiplərinə tam uyğunlaşdırılmasının, Azərbaycana qarşı bütün ərazi iddialarının tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Səfir, sülhün gücləndirilməsi istiqamətində Azərbaycanın son aylarda atdığı konkret addımları diqqətə çatdırıb, həmçinin parlamentlər və vətəndaş cəmiyyətləri arasında dialoqun gücləndiyini qeyd edib.

TRIPP marşrutunun önəminə toxunan N.Ağayev bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin bərpasını nəzərdə tutan bu marşrut sülhü ortaq iqtisadi maraqlarla daha da möhkəmləndirəcək. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir ki, bu da Avropa və Almaniya üçün təchizat zəncirlərini yaxşılaşdıracaq. Səfir bu marşrutun yaradılması üçün öhdəliklərin tam və vaxtında icrasının vacibliyini qeyd edib.

Çıxışlardan sonra səfirlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!