19 Dekabr 2021 00:32
3073
İQTİSADİYYAT
A- A+
Belə getsə, Sumqayıt bulvarı paytaxtın Dənizkənarı parkından geri qalmayacaq

Belə getsə, Sumqayıt bulvarı paytaxtın Dənizkənarı parkından geri qalmayacaq

 

Xəzərin sahilini özünə məkan seçmiş Sumqayıt bu gün tarixinin yeni səhifələrini yazır. Şəhər salınanda, onun sonrakı inkişaf mərhələlərində heç kimin ağlına gəlməzdi ki, bir zaman keçmiş SSRİ-nin ekoloji cəhətdən ən çirkli şəhəri hesab edilən Sumqayıt vaxt gələcək təkcə Azərbaycanın yox, regionun ən təmiz, ən abad sənaye mərkəzlərindən olacaq.

Buna əmin olmaq üçün Sumqayıt bulvarını gəzmək bəs edir. 2016-cı ildə yaradılan və onun açılışını edən Prezident İlham Əliyev buranı bir möcüzə kimi dəyərləndirmişdir. Həmin zamandan etibarən Sumqayıt bulvarı yerli sakinlərin və qonaqların sevimli məkanına çevrilib.

Sumqayıt bulvarının uzunluğu 5 kilometrə yaxındır. Dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşən bulvarda 55 hektar yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, müxtəlif ölçülü 1500 işıq dirəyi və işıqlandırma sistemləri quraşdırılıb, sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 rəngli fontan inşa edilib, velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb, 5 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib.

Bunlardan əlavə, ərazidə Bayraq meydanı, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə tikilib. Bulvardakı Bayraq muzeyi və Muğam evi də gəzintiyə gələnlərin ən çox təşrif buyurduqları məkanlardır.

Bulvarda kiçik ölçülü gəzinti avtobusları üçün avtomobil yolu da salınıb. Elektriklə işləyən bu nəqliyyat vasitələrində gəzmək xüsusi zövq verir. Həmçinin kafe-çay evləri, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Hazırda Sumqayıt bulvarının genişləndirilməsi və orada yaşıllaşdırma işləri davam etdirilir və yaxın gələcəkdə bulvarın ərazisinin bir neçə hektar genişləndiriləcəyi nəzərdə tutulur.

Bu gün isə bulvarın yaxınlığında pansionatlar, hotellər və istirahət mərkəzləri tikilir. Bütün bunlar yaxın gələcəkdə şəhər turizminin inkişaf edəcəyinə hesablanıb. Şəhərin beynəlxalq əlaqələrinin genişlənməsi isə bu prosesə əlavə güc verəcək. Sumqayıtın hazırda dünyanın onlarca şəhəri ilə qarşılıqlı ticarət əlaqələri var. Ümumiyyətlə, son 10 ildə Sumqayıtın beynəlxalq əlaqələri xeyli genişlənib. Almaniya, Bolqarıstan, Rumıniya, İtaliya, Rusiya, Belarus və digər ölkələrdə Sumqayıt yaxşı tanınır. Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt bulvarı Avropada keçirilən onlarca yarışmada uğura imza atıb və o, xüsusi zonalar siyahısına salınıb.

Sumqayıtda turizmin inkişafına təkan verən cəhətlərdən biri də şəhərin sənaye potensialının yenilənməsidir. Bu gün Sumqayıtda sovet dönəmində olduğu kimi, zavodların bacalarından müxtəlif rəngli zəhərli tüstü çıxmır. Artıq Sumqayıt ölkəmizin təmiz havaya malik olan şəhərlərindən sayılır, tullantısız sənaye mərkəzi hesab olunur.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!