08 Sentyabr 2026 11:45
144
CƏMİYYƏT
A- A+
BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunur YENİLƏNİB  

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunur YENİLƏNİB  


“Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW 2026) çərçivəsində Xəzər dənizində iqlim dəyişikliklərinin yaratdığı çağırışlara həsr olunmuş panel sessiyası işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “İqlim dəyişikliyinin daxili su hövzələrinə yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi” adlı sessiyada iqlim dəyişikliklərinin Xəzər dənizinə təsiri, su səviyyəsində dəyişikliklərin miqyası və regional nəticələri müzakirə olunur.

Sessiyanın moderatoru NGIC-in baş katibi Rza Əliyevdir.

Paneldə dəyişən Xəzər sahil xəttinin sahilyanı ekosistemlərə, icmalara, şəhərlərə, infrastruktura, nəqliyyata və iqtisadi fəaliyyətə təsiri diqqət mərkəzindədir. Eyni zamanda, müxtəlif su səviyyəsi ssenariləri üzrə praktiki uyğunlaşma tədbirləri nəzərdən keçirilir.

Sessiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, iqlim dəyişmələri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınlarının dəyişməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır. Xəzər dənizi regionumuz üçün bu çağırışların ən aydın nümunələrindən biridir.

Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir.

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında bildirib ki, son illərdə Xəzərdə su səviyyəsinin dəyişməsi ciddi narahatlıq doğurur. Bu dəyişiklik sahilyanı ərazilərə, şəhərlərə və infrastruktura təsir göstərə bilər. Bunun qarşısının alınması üçün mütəmadi monitorinqlərin aparılması zəruridir.

Sadiq Qurbanov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Azərbaycanın qarşıdan gələn 2026–2028-ci illər üçün fəaliyyətin müəyyənləşdirilməsi bu dövr baxımından mühüm institusional addımdır. “Qeyd edək ki, süni intellekt bizə yalnız mövcud vəziyyəti görmək yox, həm də onun mümkün inkişaf istiqamətlərini əvvəlcədən hesablamaq imkanı verə bilər. Bu isə dövlət siyasəti çərçivəsində qabaqlayıcı qərarların qəbuluna yardım etmiş olar.

Xəzərin gələcəyi bizi regional əməkdaşlığa da sövq edir. Bu, danılmaz faktdır ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzərin ortaq coğrafi və ekoloji məkanını bölüşürlər. Buna görə də Xəzərin ekoloji təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, çirklənmənin qarşısının alınması və digər məsələlər bu beş dövlətin davamlı inkişaf gündəliyində mühüm yer tutur”, - deyə Sadiq Qurbanov əlavə edib.

Qeyd edək ki, sessiyada aparılan müzakirələrdə elmi tədqiqatlar, siyasətin hazırlanması, investisiya planlaşdırılması və yerli icra arasında əlaqələrin gücləndirilməsi məsələlərinə də toxunulacaq.

Sessiyada Xəzəryanı dövlətlər, beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları, elmi qurumlar, biznes və icmalar arasında regional əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq. Xəzər dənizinin iqlim dəyişikliklərinə həssas olan digər daxili su hövzələri üçün təqdim etdiyi təcrübə də diqqətdə saxlanılacaq.

Müzakirələrdə, həmçinin UNOPS-un bir neçə ölkə üzrə direktoru Simonetta Siligato, “Caspisnet”dən Elnur Səfərov, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Saida Səfəva, NGIC üzvü İsmail Serageldin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlılıq və Emissiyaların İdarə Edilməsi üzrə direktoru Ələkbər Əzizli və Su istifadəsi sahəsində ekspertlərin İctimai Birliyinin sədr müavini Amin Məmmədov iştirak edir.

Sessiyanın əsas məqsədi dəyişən Xəzər sahil xəttinə hazırlıq üçün zəruri qərarların, tərəfdaşlıqların və investisiyaların müəyyənləşdirilməsi, həmçinin sahilyanı ekosistemlərin, icmaların, infrastrukturun və iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi üzrə praktiki yanaşmaların müzakirəsidir.


09:07


“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) ikinci günü "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda sessiya ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, panel sessiyasında iqlim dəyişmələrinin daxili su hövzələrinə təsiri əsas nümunə kimi Xəzər dənizi üzərindən müzakirə olunur. Sahilyanı ekosistemlərin, icmaların, infrastrukturun və iqtisadiyyatın dəyişən iqlim şəraitinə davamlılığının artırılması üçün praktiki yollar nəzərdən keçirilir.

Müzakirələr problemin təsviri ilə məhdudlaşmır. Dəyişən Xəzər sahil xəttinə hazırlaşmaq üçün atılmalı addımlar, tərəfdaşlıqlar və zəruri investisiyalar diqqət mərkəzində saxlanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 44 cinayətin açılması təmin olunub

12:45
08 Sentyabr

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

12:43
08 Sentyabr

“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət

12:40
08 Sentyabr

Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır

12:37
08 Sentyabr

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

12:35
08 Sentyabr

Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir

12:30
08 Sentyabr

Muxtar Babayev: "Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır"

12:27
08 Sentyabr

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi təşkil edilib

12:25
08 Sentyabr

Fərid Şəfiyev: Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşmaq lazımdır

12:22
08 Sentyabr

Küləkli havada baş vermiş hadisələr zamanı 4 nəfər xəsarət alıb

12:20
08 Sentyabr

Minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

12:15
08 Sentyabr

Dünya birjalarında neftin bahalaşması davam edir 

12:10
08 Sentyabr

İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin əməkdaşlığı zəruridir 

12:05
08 Sentyabr

“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq”: Bakıda beynəlxalq konfrans

12:00
08 Sentyabr

Naxçıvanda muzeylərə 398 yeni eksponat və maddi-mədəniyyət nümunəsi təqdim olunub

11:50
08 Sentyabr

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunur YENİLƏNİB  

11:45
08 Sentyabr

Azərbaycan nefti 107 dollara satılır 

11:40
08 Sentyabr

Livanda İsrailin hücumları nəticəsində ən azı 12 nəfər həlak olub

11:30
08 Sentyabr

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA 

11:22
08 Sentyabr

Hindistanın paytaxtında beşmərtəbəli tələbə yataqxanası uçub

11:20
08 Sentyabr

Birinci sinfə başlayacaq uşaqlara məktəb ləvazimatları təqdim olundu

11:15
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!