23 Aprel 2026 18:33
158
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda geniş kollegiya iclası olub

Baş Prokurorluqda geniş kollegiya iclası olub


Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı ildə ölkəmizdə şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd olunub.

İclasda, həmçinin bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs olunaraq xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra geniş kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin ölkəmizin beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.

Bundan başqa, iclasda cinayət mühakimə icraatının elektron qaydada aparılması və elektron formada sübutlarla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən irəli gələn vəzifələr ilə bağlı Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, əlaqədar digər məsələlərlə bağlı isə Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları şöbəsinin rəisi Akif Məmmədyarov və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq icrası həvalə edilmiş vəzifəyə təyinata razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı kollegiya üzvləri və iclasa dəvət olunmuş şəxslər gündəliyə salınmış məsələlər ətrafında çıxış edərək təkliflərini səsləndirib, sonda gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

00:07
24 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması" adlı müsabiqə keçirir

00:06
24 Aprel

Cəbəllütariq boğazında 124 gəmi qəzası aşkar edilib

23:53
23 Aprel

Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşulub  

22:38
23 Aprel

"Meta"dan yeni addım: İşçilərin hər hərəkəti izləniləcək  

21:26
23 Aprel

Su üzərindəki günəş panelləri canlılar üçün sığınacağa çevrilir

21:16
23 Aprel

Azərbaycan - Latviya münasibətləri: strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid

21:02
23 Aprel

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

20:58
23 Aprel

Avropa birjalarında eniş müşahidə olunur

20:45
23 Aprel

Gəncədə beynəlxalq forum: I Yaşıl İqtisadiyyat

20:28
23 Aprel

 “Honor” “iPhone 17”ə bənzər smartfonlarını nümayiş etdirib  

20:17
23 Aprel

Azərbaycanın yunan-Roma güləşi komandası ardıcıl ikinci il Avropa çempionu olub  

20:11
23 Aprel

Daşkəsən rayonunda “AzerGold” QSC və RİİB-in birgə təşəbbüsü ilə genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib  

20:04
23 Aprel

“Sony Ace” idmançıları məğlub edir

19:57
23 Aprel

NATO Baş katibi: Nüvə gücümüz hər zaman hazır olmalıdır

19:47
23 Aprel

Laçın şəhərində kanat yolu layihəsinin tikintisi sürətlə davam edir

19:41
23 Aprel

Bakıda II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti-Logistika Forumu Keçirilir

19:32
23 Aprel

Rəqəmsal asılılıq uşaqlarda davranış pozuntusuna səbəb olur

19:28
23 Aprel

Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

19:26
23 Aprel

İndoneziya iqtisadiyyatını qorumaq üçün ciddi tədbirlər görür  

19:19
23 Aprel

Yaxşı ailə mühiti nəsillərin taleyini dəyişir  

19:11
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!