16 Oktyabr 2025 20:57
422
SİYASƏT
A- A+
Baş nazirin müavini Samir Şərifov ICAPP-ın nümayəndə heyəti ilə görüşüb  

Baş nazirin müavini Samir Şərifov ICAPP-ın nümayəndə heyəti ilə görüşüb  


Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini bildirib.

2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən söz açan Baş nazirin müavini ötən müddət ərzində YAP-ın ICAPP-ın bir sıra yüksəksəviyyəli tədbirinə, o cümlədən 7-ci Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib.

Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunulub.

Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.

S.Şərifov, həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.

Bu xüsusda Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini vurğulayaraq, iki ölkə arasında avqustun 8-də Vaşinqtonda sülhün bərqərar edilməsinə dair tarixi razılaşmaya nail olunduğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!