07 Noyabr 2025 11:59
459
İQTİSADİYYAT
A- A+
Baş nazirin müavini: Azərbaycan-Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır

Baş nazirin müavini: Azərbaycan-Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır


Bu gün əminliklə demək olar ki, Azərbaycan-Çin əlaqələri çox uğurlu inkişaf dövrünü yaşayır. Xüsusilə son iki il ərzində çox böyük hadisələr baş verib. 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Cinpinlə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib. Bu ilin aprelində isə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı 20-yə yaxın sənəd imzalanıb. Onlar sırasında ən önəmli yer tutan məhz Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında sənədin qəbul olunmasıdır.

Bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib. O, Prezidentin avqustun sonunda-sentyabrın əvvəlində Çinə səfəri zamanı Sədr Si Cinpinlə bir daha görüşüb danışıqlar apardığını deyib. “Aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar öz bəhrəsini verir. Azərbaycan-Çin münasibətlərində demək olar ki, sıçrayışlı inkişaf dövrü yaşanır”, - deyən Baş nazirin müavini əlavə edib ki, ilin 9 ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard ABŞ dollarını keçib.

Ş.Mustafayev deyib ki, bu, çox önəmli bir rəqəm və həcmdir: “Düşünürəm ki, bu rəqəm artmaqda davam edəcək, çünki qarşılıqlı maraq çox böyükdür. Çin şirkətləri, Çin nümayəndə heyətləri Azərbaycana davamlı səfərlər edirlər, ölkəmizdə müxtəlif sahələrdə enerji, xüsusilə yaşıl enerji sahəsində, sənaye, investisiyalar, turizm sahəsində böyük layihələr həyata keçirməkdədirlər. Azərbaycanda 40-a yaxın iri layihə Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu şirkətlərin fəaliyyəti və layihələrin icra vəziyyətini müvafiq qurumlar izləyir, dəstək göstərir. Əminəm ki, bu layihələr də uğurlu olacaq, onların həm investisiya, həm ticarət dövriyyəsinə ciddi təsir göstərəcək”.

Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi istiqamətində önəmli addımlar atıldığını, hökumətin, müvafiq qurumların böyük həcmdə iş gördüyünü deyən Hökumətlərarası Komissiyanın həmsədri əlavə edib: “Çində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir, Azərbaycan şirkətləri davamlı olaraq Çində keçirilən sərgilərdə, o cümlədən Şanxayda Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir. Sərgidə Azərbaycan pavilyonu fəaliyyət göstərir. Bu tədbirlər öz bəhrəsini verir, gələcəkdə də verəcək. Biz gələcəkdə daha ciddi uğurları görəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Tramp: Putinlə çox yaxşı söhbətimiz oldu

09:21
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!