21 May 2022 00:46
1191
DÜNYA
A- A+
"Balta dəyməmiş" meşələr azalır

"Balta dəyməmiş" meşələr azalır

 

Ağacların kütləvi şəkildə qırılmasının 90 faizi tropik meşələrdə baş verir

 

Hazırda dünyada meşələr 4,06 milyard hektar, yəni quru ərazinin 31 faizini əhatə edir. Avropa, o cümlədən Rusiyanın bütün meşə sahələrinin 25 faizini təşkil edir. Cənubi Amerikada  21 faiz, Şimali və Mərkəzi Amerikada 19 faiz, Afrikada 16 faiz, Asiyada 15 faiz, Okeaniyada 5 faiz meşə sahələri var.

Dünyada hələ də ən azı 1,11 milyard hektar "balta dəyməmiş" meşələr var - bunlar yerli ağac növlərindən ibarət olan meşələrdir. Bu meşələrdə insan fəaliyyətinin aydın ifadə edilmiş əlamətləri yoxdur və ekoloji proseslər pozulmur. Dünyadakı meşələrin yarısından çoxu - 61 faizi üç ölkədə yerləşir- Braziliya, Kanada və Rusiya Federasiyasında 1990-cı ildən bəri müdaxiləyə məruz qalmamış meşələrin sahəsi 81 milyon hektar azalıb, lakin son on ildə onların yoxa çıxma sürəti iki dəfədən çox ləngiyib.

 

Son 30 ildə 420 milyon hektar meşə itkisi

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 1990-cı ildən bəri dünyada meşə sahəsi 178 milyon hektar azalıb ki, bu da təxminən Liviya ərazisinə bərabərdir. Amma bu göstərici həm bəzi ölkələrdə meşə sahələrinin azalmasını, həm də digər ölkələrdə onların çoxalmasını ehtiva edir.

Buradan belə bir qənaət yaranır ki, meşələrin böyüməsi onların itkisini kompensasiya etməkdən uzaqdır. Əgər söhbət ağacların, o cümlədən kənd təsərrüfatı məqsədləri üçün meşələrin qırılmasından gedirsə, onda son 30 ildə itkilər 420 milyon hektar təşkil edib. Eyni zamanda, meşələrin qırılma sürəti azalmaqdadır. Əgər 1990-2020-ci illərdə hər il 16 milyon hektar sahə itirilibsə, 2010-2015-ci illərdə bu, 12 milyon hektar, son beş ildə isə 10 milyon hektar təşkil edib.

Son 10 ildə ən çox illik meşə itkisinə məruz qalan ilk on ölkə Braziliya, Konqo Demokratik Respublikası, İndoneziya, Anqola, Tanzaniya, Paraqvay, Myanma, Kamboca, Boliviya və Mozambikdir. Meşə sahələrinin ölçüsünün artdığı ölkələr arasında isə Çin, Avstraliya, Hindistan, Çili, Vyetnam, Türkiyə, ABŞ, Fransa, İtaliya və Rumıniya var.

 

Milyonlarla insanın rifahı meşələrin vəziyyətindən asılıdır

 

Dünyada milyonlarla insanın rifahı meşələrin vəziyyətindən asılıdır. Onlar üçün bu, qida və gəlir mənbəyidir. 60 min ağac növünün bitdiyi meşələr çoxlu sayda bitki və heyvanların məskənidir. Amfibiyaların 80 faizi, quşların 75 faizi, məməlilərin 68 faizi orada yaşayır. Beləliklə, meşələrin müdafiəsi qorxunc sürətlə azalan biomüxtəlifliyin qorunması deməkdir.

Son bir neçə onillikdə meşələrin qırılma sürəti olduqca əhəmiyyətli dərəcədə azalsa da, bu, yenə də əsas narahatlıq olaraq qalır. Vəziyyət dəyişməsə, meşələrin davamlı idarə olunması ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə çatmaq qeyri-mümkün olacaq.

 

Qarşılıqlı faydalı qərarlar qəbul edilməlidir

 

2010-2020-ci illərdə meşələrin qırılma sürəti 2000-2010-cu illərlə müqayisədə, demək olar ki, 30 faiz azalıb. Bu barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə Seulda keçirilən XV Dünya Meşəçilik Konqresində təqdim etdiyi hesabatda məlumat verilir. Bununla belə, Cənubi Amerikada otlaqlara mal-qara buraxılması və ya Asiyada əkin sahələrinin genişləndirilməsi kimi amillər səbəbindən tropik meşələr hələ də risk altındadır.

Ağacların kütləvi şəkildə qırılmasının 90 faizi tropik meşələrdə baş verir - 157 milyon hektar. Bu,  Qərbi Avropa ilə müqayisə edilə bilən bir ərazidir.

Hesabatda vurğulandığı kimi, yaxşı xəbər ondan ibarətdir ki, tropiklərdə meşələrin qırılma sürəti əhəmiyyətli dərəcədə azalıb - 2000-2010-cu illərdə ildə 10,1 milyon hektardan 2010-2020-ci illərdə ildə 7 milyon hektara qədər düşüb.

FAO-nun baş direktorunun köməkçisi Mariya Elena Semedo konqresdə  bildirib ki,  kənd təsərrüfatının davamsız inkişafı və torpaqdan istifadənin digər növləri, xüsusən də ən yoxsul ölkələrdə meşələrimizə təzyiq göstərməkdə davam edir. Ancaq meşələrimizi məhv etmədən dünyanı qidalandırmaq üçün istifadə edə biləcəyimiz və qəbul etməli olduğumuz qarşılıqlı faydalı qərarlar mövcuddur.

 

Meşələrin qırılmasının əsas səbəbləri

 

Əkin sahələrinin genişləndirilməsi meşələrin qırılmasının əsas amilidir (təxminən 50 faiz). İkinci mühüm amil mal-qaranın otarılmasıdır (38,5 faiz).

126 ölkə və ərazinin məlumatlarının təhlilinə əsaslanan tədqiqat göstərir ki, torpaqdan istifadənin konversiyasına görə Mərkəzi Amerikanın tropik bölgələri ən böyük təhlükə altındadır: 2000-2020-ci illərdə Mərkəzi Amerikanın tropik regionunda meşələrin 30,3 faizi yox olub.

Qlobal meşə sahəsinin illik artımı cüzidir: 2000-ci ildən 2010-cu ilə qədər ildə 4,2 milyon hektardan 2010-2020-ci illər ərzində ildə 4,7 milyon hektaradək artıb. 2000-ci ildən 2020-ci ilə qədər yeni salınmış meşələrin sahəsi 46 milyon hektar artıb.

Son 30 il ərzində qorunan meşə ərazilərinin sahəsi 191 milyon hektar artaraq 726 milyon hektara çatıb ki, bu da dünya meşələrinin 18 faizini təşkil edir.

Getdikcə daha çox dövlət meşə idarəetmə planlarını qəbul edir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!