26 Aprel 2024 08:55
226
SİYASƏT
A- A+

Qarşılıqlı hörmət və etimadın təzahürü

 

Azərbaycanla Rusiya arasında bütün məsələlər düşünülmüş siyasət, qarşılıqlı etimad formatında gerçəkləşir

 

"Sülhməramlı kontingentin Azərbaycandan çıxarılmasından sonra Prezident İlham Əliyevin Rusiyaya səfərə getməsi iki ölkə liderinin qarşılıqlı hörmət və etimadını əks etdirir. Qərbin qızışdırıcı mövqeyi nəticəsində Rusiya ilə qeyri-bərabər mübarizəyə girmiş qonşu ölkələrin acınacaqlı taleyi Azərbaycanın nə qədər düzgün siyasət yürütdüyünü bir daha ortaya qoydu. Prezident 
İlham Əliyev böyük dövlətlərlə "mən sənə təhlükəli deyiləm" prinsipi üzrə davranmağın praktik nümunəsini göstərdi".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, dövlət başçısı təkcə Rusiyaya deyil, həm də ABŞ və Avropa İttifaqına münasibətdə də eyni mövqeni sərgiləyir. Azərbaycanın əsas siyasi xətti ondan ibarətdir ki, müstəqil dövlət olaraq tamamilə müstəqil siyasət yürüdür, eyni zamanda başqaları üçün təhlükəli rol oynamır.  Görünən odur ki, xüsusilə böyük dövlətlər bunu anlayışla qarşılayır və bizim "qırmızı xətt"imizi qəbul edirlər. Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlı atdığı addımlara verilən beynəlxalq dəstək də məhz buradan qaynaqlanır. 
Deputatın sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra bu görüşün baş tutması bir daha göstərdi ki, məsələlər ağıllı siyasət və doğru danışıqlar formatında gerçəkləşir. "Bir çox qüvvələr də bu siyasi təcrübəni özləri üçün artıq ciddi nümunəyə çevirməlidirlər. Çünki regionun lideri olan Azərbaycanın  qlobal liderlərlə müəyyən rəqabət içində olması və bunun özümüzə qarşı hansısa zorakılıq, yaxud da təzyiq alətinə çevrilməsinə imkan verməməyimizdən daha  müdrik strategiya tapmaq olmaz", - deyə o əlavə edib.
F.Mustafa vurğulayıb ki, bu istiqamətdə göstərilən səyləri yüksək qiymətləndirməli və Prezidentin bu məsələdə çox doğru strategiya yürütdüyünü etiraf etməliyik. Xüsusilə də Ukrayna və Gürcüstanla münasibətlər kontekstində müqayisə aparsaq, görərik ki, Azərbaycanın bu siyasəti həqiqətən də alternativsizdir. Bu mənada Rusiya ilə münasibətlərin indiki mərhələsi bizim üçün qaneedicidir. 
Deputat onu da deyib ki, bu səfərin Ermənistanın Qərblə münasibətlərdə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə əlaqələrini heçə endirməsi şəraitində baş verməsi  təqdirəlayiqdir: "Bu məqam da Azərbaycanın məntiqli siyasətinin tərkib hissəsidir. Bu səfər bir daha sübuta yetirdi ki, Azərbaycanın xarici siyasəti çoxistiqamətlidir. Biz qonşu dövlətlərlə münasibətlərdə etibarlılığa və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük veririk".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video