Bakının təklif etdiyi birbaşa dialoq ən düzgün formatdır
Bu, regional təhlükəsizliyə müsbət təsirini göstərəcək
"Vətən sərhəddən başlayır, çünki dövlət sərhədi onun suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin təcəssümüdür. Sərhədlər müstəqil dövlətlərin suverenliyinin ən mühüm elementi olmaqla yanaşı, onlar arasında konkret məkan münasibətlərinin formalaşmasında vacib rol oynayan əsas amillərdən biridir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, Azərbaycan dövləti sərhədlərin müəyyənləşdirilməsini həyati məsələ sayır və bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Son zamanlar otuzillik qarşıdurmadan sonra Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası prosesində mühüm irəliləyişin əldə olunması belə deməyə əsas verir ki, İrəvan ilə sərhədlərin qeyri-müəyyənliyinə son qoyulması prosesi öz məntiqi sonluğuna yaxınlaşır. Bu da regional təhlükəsizliyə öz müsbət təsirini göstərəcək.
R.Mahmudov qeyd edib ki, Cənubi Qafqaz getdikcə yeni ticarət və tranzit imkanları, eləcə də intensivləşən geosiyasi və təhlükəsizlik rəqabəti ilə qidalanan xarici oyunçular üçün ağırlıq mərkəzinə çevrilir. "Region Avropa və Asiya arasında körpü rolunu oynadığı üçün beynəlxalq tranzit və ticarət yolu kimi strateji əhəmiyyəti böyükdür. Bundan əlavə, onun strateji yerləşməsi həm regional, həm də qlobal bazarlara enerji resurslarının tədarükünü asanlaşdırmağa imkan verir. Amma bütün bunlar, təbii ki, Cənubi Qafqaz regionunda güclü təhlükəsizliyin olmasını tələb edir. Təhlükəsizliyin təmin edilməsi də dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsindən keçir. 44 günlük müharibədə qalib gələn Azərbaycan birmənalı şəkildə bəyan etdi ki, sərhədlərin dəqiq delimitasiyası və demarkasiyası aparılmadan bölgədə davamlı sülhün bərqərar olması mümkünsüzdür. Ən əsası, Bakı həmişə vurğulayır ki, bu proses Ermənistan və Azərbaycan arasında birbaşa dialoq yolu ilə aparılmalıdır, çünki bu ünsiyyət formatı problemlərin həllinin və birgəyaşayışın ən səmərəli yoludur", - deyə o əlavə edib.
Müsahibimiz vurğulayıb ki, Ermənistan bu məsələdə siyasi bəyanatlar səsləndirsə də, regiondankənar qüvvələrin təsiri altına düşərək sərhədlərin müəyyənləşdirilməsində adekvat davranmayıb. Burada problem ondan ibarət idi ki, Ermənistan ənənəvi olaraq hər hansı ikitərəfli əlaqələrdən imtina edirdi. Erməni siyasətçiləri son vaxtlara qədər qeyd edirdilər ki, bir sıra məsələlərdə İrəvan Bakı ilə yalnız vasitəçilər vasitəsilə danışa bilər. Həmin vasitəçilər də regiondan kənarda olan qüvvələrdir. Ancaq Bakının yaratdığı reallıqları dəyişə bilməyəcəyini anlayan İrəvan aprelin 19-da iki ölkə arasında üçüncü tərəfin iştirakı olmadan tarixi razılaşmanın əldə olunmasına əngəl törədə bilmədi.
Deputat bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsində müşahidə edilən son proseslər ikitərəfli dialoqun, həqiqətən, effektiv və indiki vəziyyətdə ən uğurlu format olduğunu göstərir: "Üçüncü qüvvənin bu vəziyyətə müdaxilə cəhdləri arzulanan nəticələri vermir. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi onu göstərir ki, iki ölkə vasitəçi olmadan problemləri həll edə bilir. Artıq iki ölkə arasında 28 sərhəd dirəyinin quraşdırılması məhz belə deməyə əsas verir. Tərəflər mayın 15-dək yerlərdə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla sərhəd xətlərini təsvir edən protokol imzalamalıdırlar. Əlbəttə, sərhədlərimizin müəyyənləşdirilməsi, işğal altında olan dörd kəndimizin geri qaytarılması Azərbaycanın növbəti tarixi qələbəsidir. Bu, eyni zamanda bir daha göstərir ki, Bakının uzun zamandır təklif etdiyi birbaşa dialoq formatı ən doğru modeldir və iki ölkə arasında münasibətlərin normallaşmasında mühüm rol oynayacaq vasitələrdən biridir".
R.Mahmudov yekunda qeyd edib ki, Azərbaycanın tələblərinin yerinə yetirilməsindən sonra növbə sülhün imzalanmasıdır, sərhədlərin müəyyənləşdirilməsi də bu istiqamətdə atılmış ilk addımdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xəstəyə yerləşdirilmiş beyin çipində nasazlıq yaranıb
11 May
Çatbotu olan ödənişsiz sayt istifadəyə verilib
11 May
İrəvanda Paşinyana etiraz edən 6 nəfər saxlanıldı: onlardan silah götürülüb
11 May
“Mercedes”in milyard dollarlıq inşası
11 May
“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb
11 May
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir
11 May
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
11 May
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir ...
11 May
Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə tə...
11 May
ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil ...
11 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!