29 Avqust 2025 22:07
526
SİYASƏT
A- A+
Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib  

Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib  


Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 103 il bundan əvvəl başlatdığı mübarizənin uğurla başa çatdığını vurğulayıb.

O bildirib ki, həm avqustun 30-u, həm də noyabrın 8-i müstəqilliyimiz uğrunda mübarizənin şərəfli qələbələrlə taclandığı günlərdir: “Biz Azərbaycan və Ermənistan arasında sülhün əsas götürülməsinə yönəlmiş son nailiyyətləri alqışlayırıq. Cənubi Qafqazda sülh və firavanlıq üçün tarixi fürsət yaranıb”.

Birol Akgün qeyd edib ki, Türkiyə Azərbaycanın bu istiqamətdə atdığı bütün səyləri dəstəkləyəcək. O bildirib ki, ölkəsi sülh və sabitlik naminə təşəbbüskar mövqelərini qoruyaraq səylərini davam etdirir.

Səfir Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalarını yüksək qiymətləndirərək alqışladıqlarını vurğulayıb. Əlavə edib ki, Vətən müharibəsinin Ali Baş Komandanı, qəhrəman Azərbaycan Ordusunun hər bir əsgəri və bu böyük Qələbənin qazanılmasında payı olan xalqımızın igid övladları daim hörmət və ehtiramla yad edilməlidir.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, Türkiyənin Qurtuluş savaşında qazandığı Zəfər qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biridir.

Baş qərargah rəisi diqqətə çatdırıb ki, hazırda Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. “Əlaqələrimizin bu səviyyəyə çatmasında Azərbaycanın və Türkiyənin prezidentlərinin müstəsna rolu var. Ölkələrimiz arasında olan tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açır”, - deyə general-polkovnik vurğulayıb.

“Türkiyənin Quru Qoşunları komandanı, Ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu proses bu gün də davam etdirilir. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, kurs, məşq və seminar təşkil olunub. İlin sonunadək bu tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi nəzərdə tutulur", - deyə K.Vəliyev əlavə edib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!