23 Aprel 2026 11:33
165
İQTİSADİYYAT
A- A+
Bakıda SPECA-nın Regional Tədqiqat Mərkəzi yaradıla bilər

Bakıda SPECA-nın Regional Tədqiqat Mərkəzi yaradıla bilər

Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası çərçivəsində təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev qlobal təchizat zəncirlərinin transformasiyası, rəqəmsallaşmanın sürətlənməsi və iqlim risklərinin artması kimi qlobal çağırışlar fonunda daha sıx regional əməkdaşlığın önəmini vurğulayıb.

Ölkəmizin elektron ticarətin genişləndirilməsi, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük və logistika həllərinin tətbiqi, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçiriləcək SPECA İqlim Ağıllı Şəhərlər Forumunun praktiki əməkdaşlıq üçün əlavə platforma yaradacağı qeyd edilib. SPECA Çoxtərəfli Etimad Fondunun birgə təşəbbüslərin həyata keçirilməsinə təkan verəcəyi bildirilib.

Görüşdə SPECA regionunda dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsi məqsədilə multimodal dəhlizlərin və rəqəmsal logistika platformalarının gücləndirilməsi, ticarət və tranzit prosedurlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi, nəqliyyat, logistika, rəqəmsal ticarət, təchizat zəncirlərinin idarə olunması sahələrində peşə hazırlığı və bacarıqların artırılması prioritet istiqamətlər kimi diqqət mərkəzində olub.

Görüş çərçivəsində elm və innovasiya sahəsində tərəfdaşlıq, Bakıda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və digər məsələlər nəzərdən keçirilib.

Tədbirdə BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Şombi Şarp “SPECA regionunda təsir üçün tərəfdaşlıq: Çoxtərəfli Etimad Fondu” mövzusunda təqdimatla çıxış edib.

Görüş çərçivəsində SPECA iştirakçı dövlətlərinin Birgə Bəyanatı qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

16:25
23 Aprel

Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

16:25
23 Aprel

Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb

16:24
23 Aprel

ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

16:23
23 Aprel

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

16:22
23 Aprel

Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib

16:21
23 Aprel

Hörmüz boğazında artan gərginlik səbəbindən neftin qiyməti yenidən 100 dolları ötüb

15:56
23 Aprel

Astanada AQEM regionunda iqlim və dayanıqlı inkişaf məsələlərinə dair sessiya keçirilir  

15:03
23 Aprel

Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

14:56
23 Aprel

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

14:41
23 Aprel

Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir 

14:39
23 Aprel

Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib YENİLƏNİB

14:36
23 Aprel

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

14:19
23 Aprel

Zelenski: Yaxın Şərq ölkələri ilə üç əsas təhlükəsizlik sənədi imzaladıq

14:12
23 Aprel

Avropa İttifaqı ölkələrində əhalinin azalacağı proqnozlaşdırılır  

13:32
23 Aprel

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

13:19
23 Aprel

Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib

13:13
23 Aprel

Azərbaycan Prezidenti: Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

13:03
23 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir  

12:58
23 Aprel

TDT ölkələri ekologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəlib

12:58
23 Aprel

Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir  

12:56
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!