28 Avqust 2026 10:43
124
CƏMİYYƏT
A- A+
Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

Avqustun 28-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37 faizi), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 23, Neftçala və Culfada 18 metrədək güclənir.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveç kralı vəfat edib

11:50
28 Avqust

Baş prokuror Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

11:45
28 Avqust

Trampın tapşırığı ilə MKİ rəhbəri Moskvada məxfi görüş keçirib  

11:40
28 Avqust

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

11:40
28 Avqust

Norveç kralı V Harald 89 yaşında vəfat edib  

11:37
28 Avqust

Yarımkölgəli Ay tutulması başa çatıb YENİLƏNİB  

11:35
28 Avqust

Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək

11:33
28 Avqust

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

11:29
28 Avqust

Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"

11:22
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü

11:20
28 Avqust

Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

10:56
28 Avqust

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir

10:51
28 Avqust

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

10:43
28 Avqust

Restoranlarda servis haqqı olmalıdırmı?

10:27
28 Avqust

ANA

10:20
28 Avqust

Qızıl və gümüş ucuzlaşıb

10:18
28 Avqust

Neft qiymətləri azalır

10:16
28 Avqust

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

10:14
28 Avqust

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

10:13
28 Avqust

Azərbaycan nefti 92 dollardan baha satılır

10:12
28 Avqust

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

10:11
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!