25 Sentyabr 2026 10:37
211
İQTİSADİYYAT
A- A+
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb  

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb  


Sentyabrın 25-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:07
25 Sentyabr

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına

12:05
25 Sentyabr

Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib  

12:04
25 Sentyabr

Pensiyaların indeksasiya mexanizmində diferensial yanaşma təklif olunur  

12:03
25 Sentyabr

Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib  

12:02
25 Sentyabr

Fiziki şəxslərin əmanətlərinin 71,2 faizi milli valyutadadır  

11:41
25 Sentyabr

Mikayıl Cabbarov: Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir  

11:40
25 Sentyabr

İqtisadiyyat naziri: Hədəfimiz bərpaolunan enerji potensialımızı ixraca çevirməkdir  

11:39
25 Sentyabr

Ötən gün 56 cinayətin açılması təmin olunub

11:37
25 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq məşqləri keçirilib VİDEO

11:33
25 Sentyabr

Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb  

11:22
25 Sentyabr

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib  

11:21
25 Sentyabr

Mikayıl Cabbarov: Nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyə can atırıq

11:20
25 Sentyabr

Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib

11:16
25 Sentyabr

Nazir: Otuz ildən çoxdur ki, regionda və regiondan kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik  

11:01
25 Sentyabr

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

10:45
25 Sentyabr

Xəzərdə itkin düşən iki Qazaxıstan hərbçisinin meyiti tapılıb - axtarış əməliyyatı başa çatıb  

10:44
25 Sentyabr

Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA

10:43
25 Sentyabr

Prokurorluq işçilərinin peşə bayramı münasibətilə ağacəkmə kampaniyası təşkil olunub  

10:42
25 Sentyabr

Qızıl və gümüş bahalaşıb

10:39
25 Sentyabr

Neft ucuzlaşır

10:38
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!