16 İyun 2026 21:36
200
İQTİSADİYYAT
A- A+
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub


İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Dialoq çərçivəsində islam maliyyəsi, rəqəmsal maliyyə, ticarət maliyyəsi və investisiya mexanizmlərinin DİM-lərin maliyyələşdirilməsində rolu, eləcə də özəl kapitalın səfərbər olunması, regional investisiya axınlarının genişləndirilməsi və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Tədbir İslam İnkişaf Bankına üzv ölkələr arasında təcrübə mübadiləsinin təşviqi, innovativ maliyyələşdirmə alətlərinin tətbiqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək tövsiyələrin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Tədbirin açılış hissəsində iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icraçı katibi Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üçün innovativ maliyyə alətlərinin və çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib. O, Azərbaycanın dayanıqlı maliyyə sahəsində həyata keçirdiyi təşəbbüslər və yaşıl investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin səlahiyyətlərini icra edən Nasar Hayat, Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ maliyyə alətlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Dialoq çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün borc dayanıqlılığının təmin edilməsi, beynəlxalq inkişaf əməkdaşlığının gücləndirilməsi və daxili resursların səfərbər olunması məsələləri müzakirə olunub. Həmçinin dayanıqlı inkişaf naminə özəl kapitalın cəlb edilməsində sərhədlərarası investisiya axınlarının, regional kapital bazarlarının, İslam maliyyəsi alətlərinin və ticarət maliyyəsi mexanizmlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı innovativ maliyyələşdirmə alətlərinin tətbiqi, yaşıl və dayanıqlı maliyyənin təşviqi, eləcə də inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:21
17 İyun

Azercell abunəçilərinin nəzərinə

02:21
17 İyun

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

23:53
16 İyun

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

23:26
16 İyun

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – MÜSAHİBƏ 

22:07
16 İyun

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

21:57
16 İyun

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür 

21:47
16 İyun

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

21:36
16 İyun

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

21:20
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

20:53
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

20:19
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!