03 Sentyabr 2024 15:27
115
İDMAN
A- A+

Bakı Şəhər Halqası Azərbaycan Qran-Prisinə media nümayəndələrinın akkreditasiyası ilə bağlı seminar keçirib

 

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün mediada yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə yerli KİV nümayəndələri üçün akkreditasiya ilə bağlı seminar keçirib.

BŞH-dən AZƏRTAC-a verilən məlumata görə, seminar zamanı jurnalist və fotoqraflara akkreditasiya prosesi, media mərkəzinin fəaliyyəti və onların yarış zamanı əməl etməli olduqları qaydalar barədə geniş məlumat verilib.

Tədbirdə media nümayəndələrinə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 barədə ümumi məlumat, yarış təqvimi, komandaların heyətləri və bu möhtəşəm tədbirin əsas məqamları təqdim edilib.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənən akkreditasiya prosesi media nümayəndələrinin işinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə yönəlib və yarış zamanı onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hər il olduğu kimi bu il də akkreditasiyaya qeydiyyat prosesi elektron portal üzərindən həyata keçirilib.

Seminarda, həmçinin media nümayəndələrinin yarış boyu iş qrafiki, media mərkəzindəki qaydalar və onlara təqdim olunan texniki imkanlar ətraflı şəkildə müzakirə edilib.

Qeyd edək ki, ötənilki Azərbaycan Qran-Prisini 250-dən çox yerli və beynəlxalq media nümayəndəsi işıqlandırıb.

Xatırladaq ki, paytaxt Bakı səkkizinci dəfə sürət yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video