03 Sentyabr 2024 17:31
157
DÜNYA
A- A+

WSJ: Ukrayna F-16-nın çatdırılmasından əvvəl ən yaxşı pilotlarını itirib

 

Ən yaxşı ukraynalı pilotlar Qərb ölkələri F-16 qırıcılarını Kiyevə çatdırmazdan əvvəl həlak olublar. Bu barədə “The Wall Street Journal” qəzeti (WSJ) yazır.
Bildirildiyinə görə, Ukrayna ilk qırıcıları qəbul edənə qədər onun silahlı qüvvələrinin ən yaxşı pilotları artıq həlak olmuşdu. Xüsusilə, onların arasında keçən həftə F-16-nı idarə edərkən həlak olan pilot Aleksey Mes, eləcə də ötən ilin avqustunda təlim uçuşu zamanı həlak olan Andrey Pilşikovun adlarını çəkirlər. Nəşr vurğulayır ki, hər iki hərbçi 2022-ci ilin iyununda ABŞ senatorları ilə görüşdə iştirak edib və Kiyevə F-16-ların tədarükünü fəal şəkildə müdafiə ediblər.
Sentyabrın 3-də Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, amerikalı təlimatçılar ukraynalı pilotlara F-16 qırıcılarını idarə etməyi öyrədə bilməyiblər. Diplomat Kiyevin ona ötürülən ilk belə təyyarəni itirməsini belə şərh edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin itdiyini təsdiqləsə də, insidentin təfərrüatları, o cümlədən qırıcının məhv edildiyi yer barədə məlumat verməyib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə qəzaya uğrayıb. Ali Radanın deputatı Maryana Bezuqlaya onun səhv nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemi raketi ilə vurulduğunu bəyan edərək, Ukrayna Silahlı Qüvvələri komandanlığını təyyarənin məhv edilməsinin şərtlərini gizlətməkdə ittiham edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk bu mesaja görə deputatı hədələyib.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video