03 Sentyabr 2024 19:13
117
DÜNYA
A- A+

Media: Burkina Faso fransız diplomatlarına viza vermir

 

Bir neçə fransız diplomatı və rəsmisi iki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda Burkina Faso hakimiyyətinin viza verməməsi ilə üzləşib. Bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.
“Bəzi fransız diplomatları və rəsmiləri Burkina-Faso hakimiyyətinin onlara viza verməkdən imtinası ilə üzləşirlər”, - mənbə jurnala bildirib. Onun sözlərinə görə, Uaqduqudakı fransız məktəbinin yeni direktoru və Burkina-Fasodakı Fransa müvəqqəti işlər vəkilinin təhlükəsizliyini təmin etməli olan bəzi jandarmlara da giriş qadağan edilib.
Nəşrin yazdığına görə, hərbi qrup 2022-ci ildə hakimiyyətə gəldikdən sonra Paris və Uaqaduqu arasında münasibətlər “kəskin şəkildə pisləşib”. Belə ki, Burkina Faso 2022-ci ilin dekabrında Fransa səfiri Lük Alladı ölkədən çıxarıb və hazırda səfirin birinci müşaviri Filip Düporj Fransa səfirliyinin başındadır. Qeyd olunur ki, səfirlik də kadr çatışmazlığı ilə üzləşir: iki siyasi müşavir “təxribat fəaliyyətinə” görə persona non-qrata elan edilib və 2024-cü ilin aprelində ölkədən qovulub. Jurnalın məlumatına görə, onların yerinə gələn olmayıb.
Səfirliyə giriş də çətindir, çünki işçilər hər dəfə yerli təhlükəsizlik qüvvələrinin kordonundan keçməli olurlar. İddia olunur ki, Traoreni dəstəkləyən ictimai təşkilatlardan biri ölkə rəhbərinin iqamətgahının yaxınlığında yerləşdiyinə keçid hakimiyyəti üçün təhlükə yaratdığına görə Fransaya ultimatum verərək səfirliyi başqa yerə köçürmək üçün “təzyiqləri artırır”. 

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video