03 Sentyabr 2024 19:54
94
SİYASƏT
A- A+

Bled Strateji Forumunda Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfədən danışılıb

 

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak etmək məqsədilə avqustun 31-dən sentyabrın 3-dək bu ölkədə işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Forum çərçivəsində qlobal iqtisadiyyat mövzusuna həsr olunmuş paneldə çıxış edən F.Rzayev dövlətimizin həyata keçirdiyi irimiqyaslı enerji layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və fəaliyyəti sahəsində oynadığı vacib rol barədə danışıb.

Azərbaycanın bu fəaliyyətinin Cənubi Qafqaz regionunun təhlükəsiz, firavan və inkişaf etmiş bir məkana çevrilməsi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səfər çərçivəsində, həmçinin Sloveniyanın Xarici İşlər Nazirliyində dövlət katibi Marko Ştuçin ilə keçirilmiş görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi qeyd edilib.

F.Rzayev postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video