03 Sentyabr 2024 22:40
126
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın özəlləşdirmə, investisiyalar və kommunikasiyalar naziri Əbdül Alim Xan ilə görüşərək iki ölkə arasındakı qarşılıqlı münasibətləri müzakirə edib.

Görüş zamanı iki ölkə bu ay Bakıda keçiriləcək biznes-forum barədə fikir mübadiləsi aparıblar.

Səfir Xəzər Fərhadov pakistanlı naziri Azərbaycanın Pakistanın bir çox sahələrinə, o cümlədən LNG qazı, karbamid və elektrik kimi sahələrə yatırım edə biləcəyi barədə məlumatlandırıb.

Nazir Əbdül Alim Xan bildirib ki, ölkələrimiz qida təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı kimi bir çox sahələrə birgə yatırımlar edə bilər. O, sentyabrın 16-da Bakıda biznes- forumun keçirilməsi fikrini alqışlayıb.

Pakistanlı nazir bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan regionun inkişafında önəmli rol oynaya bilər. “Bunun üçün hər üç ölkə sıx əməkdaşlıq etməlidir”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video