03 Sentyabr 2024 19:00
126
DÜNYA
A- A+

Mironov edam cəzasının qaytarılmasını təklif edib

 

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevə və “Vahid Rusiya” partiyasının sədrinə terrorçular üçün ölüm hökmüтэ moratoriumun ləğvi təklifi ilə müraciət ünvanlayıb. Mironov müraciətində həmçinin terror aktlarında və ekstremizmdə təqsirli bilinən şəxslərin qohumlarının dövlət qulluğunda vəzifə tutmasının qadağan edilməsini təklif edib. Onun sözlərinə görə, belə bir məhdudiyyət qanunvericilik səviyyəsində tətbiq edilməlidir.
İyun ayında Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünə moratoriumun ləğvinə baxılmasını təklif edib. O, xüsusilə zorakılıq xarakterli cinayətlərin sayının artdığını qeyd edib.
Mironov daha sonra bildirib ki, Rusiyada ölüm hökmünün tətbiqi məsələsi ümumxalq referendumunda həll edilməlidir. Parlamentari qeyd edib ki, bu məsələ qanunvericilik təşəbbüsü çərçivəsində həll edilə bilməz, çünki Dövlət Dumasının müvafiq səlahiyyətləri yoxdur.
Bundan əvvəl Rusiya xarici muzdlular üçün edam cəzasına qoyulan moratoriumun ləğvinə çağırıb.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video