03 Sentyabr 2024 17:37
158
SİYASƏT
A- A+

Bakıda keçirilən Mayot adasına həsr olunmuş beynəlxalq konfransda yekun bəyanat qəbul edilib

 

Sentyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib.

AZƏRTAC Bəyanatı təqdim edir: “Konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, mehriban və dost qonaqpərvərliyinə görə Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk.

Fransa tərəfindən işğal edilmiş Qəmərin Mayot adasına həsr olunmuş tədbir bütün maraqlı tərəflərə Fransa hökumətinin müstəmləkə siyasəti barədə fikir mübadiləsi aparmağa imkan verdi.

 

Tarixi Kontekst:

1975-ci il iyulun 6-da Qəmər Adaları müstəqilliyini elan etdi. Bundan əvvəl isə 1974-cü ildə Qəmərin müstəqilliyini qəti şəkildə dəstəkləyən bütün Qəmər Adaları ərazisində (Mayot da daxil olmaqla) referendum keçirildi.

Yeni Qəmər Dövləti 1975-ci il noyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3385 (XXX) saylı qətnaməsi ilə Anjuan, Grand Comor, Mayot və Moheli adalarından ibarət Qəmər Dövlətinin birliyinə, eyni zamanda, ərazi bütövlüyünə hörmət edilməsinin labüdlüyünü təsdiqləyən qətnamə ilə BMT-yə yekdilliklə qəbul olundu.

1974-cü ildə Qəmər xalqının iradəsinə baxmayaraq, Fransa Mayot üçün növbəti səsvermə keçirməkdə israr etdi və 1976-cı ildə 3385 (XXX) saylı qətnamənin əksinə olaraq bu adada qanunsuz referendum keçirdi. Bu məsələ Qəmər Dövlətinin başçısı tərəfindən BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıldı və 1976-cı il ffvralın 6-da Təhlükəsizlik Şurası “belə bir referendumun keçirilməsinin qəmərin daxili işlərinə müdaxilədir” və “Fransanı Mayotda referendumdan imtina etməyə tələb edən” bir qətnamə layihəsini (S/11967) nəzərdən keçirmək üçün toplaşdı. Fransa qətnamə layihəsinə veto qoydu və öz müstəmləkəçi siyasətini davam etdirdi. Nəticədə Mayotun Fransa tərəfindən işğalı baş tutdu.

Qəmər Dövlətinin Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı ilə bağlı qanuni tələblərinin əsassız sayılması üçün Fransa hökumətinin strategiyası, digər sözlə, Mayotun məqsədyönlü şəkildə fransızlaşdırılması :

- Mayotda şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi;

- Yarım əsrdən çox hərəkətsizlikdən sonra rekord müddət ərzində Mayotda əsas infrastrukturun əhəmiyyətli dərəcədə inkişafı;

- Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi;

- Çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Qəmərin Mayot adasının Fransanın departamentinə çevrilməsi;

- Fransızların Mayota kütləvi köç etməsi. Halbuki paradoksal olaraq Mayot adasının sakinləri Reünyon və Fransaya miqrasiya etməyə təşviq olunur;

- Qəmərin Mayot adasının faktiki işğalının Qəmər Dövləti tərəfindən qəbul edilməsi üçün dözülməz təzyiqin göstərilməsi;

Bu baxımdan əməkdaşlıq Qəmərlərin üzərində dəyənək kimi yellənir:

• Regional əməkdaşlıq çərçivəsində Mayota nəyin bahasına olursa olsun Reünyon kimi yanaşmaq lazımdır;

• Qəmərin müstəqil bir hissəsindən gələn qəmərlilərin Mayotda immiqrant kimi qəbul edilmələri ;

• Fransanın Baş naziri Eduard Balladür tərəfindən tətbiq olunan cinayət vizasının qorunması və s.

- Bir tərəfdən Mayotun Qəmər adası olduğuna tamamilə məhəl qoymayan, digər tərəfdən isə "xalqların öz müqəddəratını təyinetmə hüququ" prinsipinin mahiyyətini dəyişən və ümumiyyətlə, sərhədlərin toxunulmazlığı prinsipinə əməl etməyən nəşrlər (coğrafi xəritə, rəsmi gündəliklər və s.) vasitəsilə beynəlxalq kommunikasiya kampaniyasının aparılması;

- Hökumətlərarası müqavilələr imzalayaraq Mayotun fransız statusunu möhkəmləndirmək cəhdlərinin edilməsi;

- Fransanın regional qurumlarda təmsil olunmasına imkan vermək məqsədilə Mayot departamentinin nümayəndələrinin (Qəmər əsilli) Afrikadakı səfirliklərində "diplomat" statusu ilə yerləşdirilməsi: Hind Okeanı Komissiyası, SADEC, COMESA, EASF, EAC və başqaları.

Qeyd edilənlər son siyahı deyil!

Beynəlxalq ictimaiyyətin reaksiyası:

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcudluğunun Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.

Yuxarıda qeyd olunanlarla əlaqədar,

- Kwassa-kwassalarda dənizi keçmə nəticəsində həlak olan 30 min nəfəri yad edirik və yaxınlarını itirmiş bütün ailələrə başsağlığı veririk. “Dünyanın ən böyük dəniz qəbiristanlığı” “Balladur cinayət vizası”nın nəticəsidir.

- Milli kimliklərini və mədəniyyətlərini qoruyaraq Fransanın Mayotda tətbiq etdiyi mədəni irsin itirilməsi siyasətinə müqavimət göstərən Mayotdakı bütün qardaş və bacılara ehtiramımızı ifadə edirik.

- Biz Qəmərin Mayot adasında "WUAMBUSHU" adlı əməliyyatın həyata keçirilməsini bir daha qətiyyətlə pisləyirik. Deportasiya edilmişlər öz ata-baba torpaqlarının sakinləridir.

- Fransanın Qəmərin Mayot adasındakı müstəmləkəçiliyini pisləyir, bütün regional və alt-regional təşkilatları, vətənpərvər suveren Pan-Afrika hərəkatlarını Fransanın müstəmləkə siyasətini şiddətlə qınamağa çağırırıq.

- Biz Fransa hökumətindən Qəmər İttifaqının suverenliyinə hörmət göstərməyi və onun ayrılmaz hissəsi olan Mayot adasını dərhal azad etməyi tələb edirik.

- Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Afrika İttifaqının Prezidenti, İslam Konfransı Təşkilatının Baş katibi, Ərəb Liqasının Baş katibi, Avropa İttifaqı Komissiyasının Sədri və Qoşulmama Hərəkatının Sədrini Qəmərin Mayot adası ilə bağlı beynəlxalq konfrans təşkil etməyə çağırırıq. Fransa tərəfindən Mayotun qanunsuz işğalına son qoymaq məqsədilə Afrika İttifaqının 7-ci Komitənin fəaliyyətini bərpa etməyə və yuxarıda göstərilən digər təşkilatlar daxilində Qəmərin dost qruplarının yaradılmasına çağırırıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video