28 Noyabr 2025 21:50
561
Mədəniyyət
A- A+
"Bakı” Rəsm Qalereyasında sərgi: Payız yarpaqları

"Bakı” Rəsm Qalereyasında sərgi: Payız yarpaqları

Payız - rənglərin dəyişdiyi, təbiətin səssizcə özünü yenilədiyi mövsümdür. Rəssamlar bu gözəl fəsli öz fırçaları ilə əks etdirir, yarpaqların saralması, Günəşin isti tonları və son baharın rəngini daşıyan ağacları kətan üzərində canlandırır.

Qardaş ölkədən olan, Azərbaycanı doğma diyar, Bakını özünə doğma şəhər bilən türkiyəli rəssam Zəkiyə İnan bu mövsümün sehrini öz füsunkar yaradıcılıq dili ilə noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında tamaşaçılara təqdim edib.

Sənətçinin “Payız yarpaqları” adlı fərdi sərgisində 80-ə yaxın yağlı boya, sulu boya və xəttatlıq nümunələri nümayiş etdirilib.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə gerçəkləşib.

Tədbirdə “Bakı” Rəsm Qalereyasının rəhbəri, rəssam Eldəniz Babayev çıxış edərək Zəkiyə İnanın yaradıcılığının İçərişəhərin qədim ab-havası ilə vəhdət təşkil etdiyini vurğulayıb. O bildirib ki, belə sərgilər İçərişəhərin mədəni həyatına yeni nəfəs gətirir və sənətin üfüqlərini genişləndirir.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sərginin tarixi məkanlarda müasir sənətin təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, bu kimi tədbirlər İçərişəhərin zəngin irsini müasir yaradıcılıqla birləşdirərək, məkanı canlı bir mədəni platformaya çevirir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında Azərbaycan–Türkiyə mədəni əlaqələrinin sənət vasitəsilə daha da möhkəmləndiyini vurğulayıb, belə sərgilərin gənc istedadların tanınmasına və ölkələrarası mədəni dialoqun genişlənməsinə xidmət etdiyini əlavə edib.

Rəssam Zəkiyə İnan bildirib ki, onun məqsədi sərgidə payızın gözəlliyini və duyğularını tamaşaçılara çatdırmaq, həmçinin Azərbaycan ilə Türkiyə arasında mədəni və sənət əlaqələrini gücləndirməkdir.

Digər çıxış edənlər də rəssamın əsərlərində payızın duyğulu qatlarını, təbiətə zərif yanaşmasını və iki ölkə arasında qurulan sənət körpüsünün əhəmiyyətini vurğulayıblar.

Sərgi dekabrın 1-dək davam edəcək.

Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. O, Antalya Akdeniz Universitetinin İnşaat mühəndisləri fakültəsini bitirib.

Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənib. 2000-ci ildə rəssamın əsərləri İstanbulda “Camal Rəşid Rəy” sərgi salonunda nümayiş etdirilib.

2004-cü ildən Zəkiyə xanım Bakıya gələrək Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizovdan sənət dərsləri alıb. 2009-cu ildə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi açılıb.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

NƏHAYƏT!

08:05
02 Aprel

Zamanın çağırışlarını qabaqlayan LİDER

08:00
02 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 

02:03
02 Aprel

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

02:02
02 Aprel

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:00
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!