11 Oktyabr 2025 09:00
1041
CƏMİYYƏT
A- A+
Bakı bulvarı dünya səviyyəsində etalona çevrilir 

Bakı bulvarı dünya səviyyəsində etalona çevrilir 


Prezident İlham ƏLİYEV: "Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır"


Bu günlərdə yayılan xəbər hamıya xoş ovqat bəxş etdi: Xəzərin mirvari boyunbağısı adlandırdığımız Dənizkənarı Milli Park nüfuzlu "Green Flag Award" beynəlxalq mükafatına layiq görülüb.

Xatırladaq ki, bu beynəlxalq mükafat dünyanın ən mötəbər park idarəçiliyinin qiymətləndirilməsi sistemlərindən biri kimi ictimai istirahət məkanlarında yüksək idarəetmə standartlarını, cəmiyyət üçün əlçatan, təhlükəsiz və baxımlı, ekoloji baxımdan dayanıqlı yaşıl ərazilərin saxlanmasını və inkişaf etdirilməsini dəyərləndirir.

"Green Flag Award" proqramı 1996-cı ildə təsis edilib və hazırda 20-dən artıq ölkədə tətbiq olunan beynəlxalq ekoloji qiymətləndirmə sistemidir. Mükafat yalnız yaşıllıqların qorunması, təmizlik və təhlükəsizlik, infrastrukturun vəziyyəti, idarəetmə səmərəliliyi, təbiətə qayğı, ictimai iştirak və inklüzivlik kimi çoxsaylı meyarlar üzrə yüksək göstəricilər əldə edən park və istirahət məkanlarına təqdim olunur.

Dənizkənarı Milli Parkın "Green Flag Award"a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu və sair ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib. Məlumatlar mükafatın beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib və yekun mərhələdə sözügedən münsiflərin iştirakı ilə 30-a yaxın meyar üzrə bilavasitə Milli Park ərazisində ətraflı monitorinq aparılıb.

Unikal tarixi, təbii-ekoloji və mədəni kompleks kimi Dənizkənarı Milli Parkın qiymətləndirilməsi prosesində onun estetik əhəmiyyəti, Bakı şəhərinin tarixini və müasir inkişafını əks etdirməklə, unikal şəhər mühiti yaratması, ictimai əhəmiyyəti, habelə saxlanması və idarə edilməsində dövlət tərəfindən tətbiq edilən unikal idarəetmə modeli xüsusilə qeyd edilib.

Xatırladaq ki, Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, həmçinin saxlanması və qorunması sahəsindəki uğurlarına görə ötən il Niderlandda "International Large Urban Parks Award" (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatına da layiq görülmüşdü.

Xəzərin mirvari boyunbağısı adlandırılan və beynəlxalq mükafatlara layiq görülən Bakı bulvarı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və sərəncamına əsasən genişləndirilərək 3,5 hektardan  16 hektara çatdırılıb.

Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 20 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib. 

Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edir, hətta bir çox layihənin təşəbbüskarı olub. Nəticədə bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda iştirak edən rəsmilər Prezident İlham Əlievlə görüşlərində, eləcə də mətbuata açıqlamalarında  paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 

Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarında və qəsəbələrində olur, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir.

Bakının simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar  sakinlərin rahat yaşayışının təmin edilməsinə yönəlib. 

Görünən odur ki, Şərqin Parisi adlandırılan, qədimliklə müasirliyi özündə ehtiva edən Bakı son illər daha da gözəlləşib. Yeni göydələnlər, dünya standartları səviyyəsində çəkilən yollar, günün tələblərinə uyğun yaradılan istirahət guşələri və parklar Bakının qədim görkəminə möhtəşəmlik gətirir.

Bu möhtəşəmliklər sırasında Dənizkənarı bulvarın öz yeri, gözəlliyi var. Xatırladaq ki, "bulvar" sözü fransız mənşəlidir və sahil boyunca gəzinti zolağı deməkdir.  Xəzərin mirvari boyunbağısı adlandırılan bu gəzinti zolağında rahat hərəkət üçün çəkilən xüsusi xətlər, müxtəlif dekorativ kollar və ağaclar, çiçək-gül qarışıq çəmənliklər, rəngbərəng işıqlandırma fanarları, oturacaqlar, istirahət guşələri və digər gözoxşayan görüntülər insanları məmnun edir.

Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın "qızıl dövrü" kimi qiymətləndirilsə də, burada sonradan bir neçə dəfə yüksəksəviyyəli təmir, yenidənqurma və yaşıllaşdırma işləri aparılıb. 116 yaşlı Bakı bulvarı əsl inkişaf mərhələsinə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti illərində qovuşub. 1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparılıb. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırılıb. Yerli sakinlər bəzən bura Sahil bağı da deyirdilər.

Sahil bağının əhəmiyyətini nəzərə alan Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalayıb. Məhz bu fərmandan sonra Sahil bağının taleyində inkişafa doğru böyük dönüş yaranıb. Ən başlıcası, Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin tapşırığı ilə bulvar ərazisinə diqqət və qayğı daha da artırılıb. Dövlət başçısının 10 yanvar 2008-ci il tarixli fərmanı ilə Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazisinin zəngin florasının inkişaf etdirilməsi, mühafizə olunması, sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə  Dənizkənarı Bulvar İdarəsinin yaradılması Sahil bağının inkişafında böyük quruculuq işlərinə səbəb olmuşdur. 2015-ci ildə bulvar ərazisinin iki istiqamətdə - birinci Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət məscidinə kimi Bayıl bulvarının, digəri isə Dəniz Ticarəti Limanından "Bulvar" hotelə kimi uzadılan "Ağ Şəhər" bulvarının yaradılmasına start verilmişdir. Hazırda Bakı "Ağ Şəhər" bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. Bayıl bulvarının uzunluğu 2,3 kilometr, sahəsi 24 hektardır. Bu ərazilərdə yenidənqurma və abadlıq işləri ilə yanaşı, müxtəlif istirahət, iaşə və müasir mədəniyyət obyektləri inşa edilib.

Ümumilikdə 200 hektardan çox sahəni əhatə edən Bakı bulvarının ərazisi 16 kilometrdir. Bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Yeni çəmənliklər salınıb, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilib, yeni attraksionlar quraşdırılıb.  Parkın "Azneft" meydanı ilə üzbəüz ərazisində musiqili fəvvarə kompleksi yaradılıb. Kukla teatrı yenidənqurmadan sonra istifadəyə verilib. 2008-ci ildə isə Hökumət evinin qarşısında yaradılan ikinci fəvvarənin tikintisi və həmin il dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı hamının ürəyincə olub. Təsadüfi deyil ki, Bakı bulvarı dünya ölkələrində mövcud olanlardan öz gözəlliyi və yaşıllığı ilə seçilir.

Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən, turistlərin və şəhər sakinlərinin sevimli gəzinti və istirahət yeri olan bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılır. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və "Avroviziya" müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan "Bakı Kristal Zalı" da bu ünvanlar sırasına daxildir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsini və tarixi Zəfər salnaməsini özündə yaşadan Hərbi Qənimətlər Parkı ziyarətçilərin ən çox üz tutduqları ünvanlardandır. Bu gün erməni işğalından azad edilmiş bütün torpaqlarımızda üçrəngli, şanlı Azərbaycan bayrağı dalğalanır.

Beynəlxalq mükafatlara layiq görülmüş Dənizkənarı Milli Parkda diqqətçəkən amillərdən biri də səliqə-sahman və təmizlik işləridir. Bunlar üçün ən müasir avadanlıqlardan istifadə olunur. Hiss edilir ki, buraya müxtəlif xarici ölkələrdən gətirilib əkilmiş hər çiçəyə, hər kola, hər ağaca ciddi nəzarət edilir, özünəmüvafiq üsulda qayğı göstərilir. Bir sözlə, mənəvi sərvətimiz olan bu milli parkda hər bir layihə gözoxşayandır. Bütün bunlar qürur duyduğumuz Bakı bulvarının daha da gözəlləşməsinə xidmət edir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!