02 Avqust 2024 17:10
162
Elm və texnika
A- A+

“AzerGold”da 3-cü “Yüksəliş” müsabiqəsinin qaliblərilə görüşlər keçirilib

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə qalibləri ilə keçirilən görüşlərdə qurumun İdarə Heyətinin sədri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması baxımından əhəmiyyətini qeyd edib.

Müsabiqə qaliblərinə “AzerGold” QSC-nin dağ-mədən sahəsində fəaliyyəti, idarəetmə sahəsində fərdi təcrübəsi barədə məlumat verən Z.İbrahimov rəhbər şəxslərin daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını davamlı inkişaf etdirməli olduğunu bildirib. Qeyd olunub ki, işgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rassionallıq peşəkar və uğurlu bir idarəçidə vacib keyfiyyətlərdir.

Z.İbrahimov müsabiqə qaliblərinə bu keyfiyyətlərə sahib olmaq, özlərini daha da inkişaf etdirmək üçün “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının kifayət qədər müsbət təsirlərə malik olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən müsabiqə qalibləri görüş zamanı müzakirə olunan mövzuların, idarəçilik sahəsində verilən tövsiyələrin onların gələcək karyera planlaması və inkişafında faydalı olacağına əminliklərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video