17 Oktyabr 2025 02:17
13354
ELANLAR
A- A+
"Azercell"in "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif istifadəçilərinin nəzərinə!

"Azercell"in "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif istifadəçilərinin nəzərinə!


Təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, internet və rəqəmsal istifadənin stimullaşdırılması, həmçinin istifadəçilərin mobil internetə artan tələbatının qarşılanması məqsədilə 16 noyabr 2025-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrinin abunəçiləri üçün "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketləri yenilənmiş və daha əlverişli şərtlərlə istifadəyə veriləcək.

Bu dəyişikliklər abunəçilərin artan tələbatlarına uyğun olaraq həyata keçirilir. Yenilənmiş şərtlərə əsasən, tarif paketlərində mövcud olan 25 şəbəkədaxili danışıq dəqiqəsi əvəzinə abunəçilərə 40 dəqiqə bütün istiqamətlərə (ölkədaxili) danışıq imkanı təqdim olunacaq. Bu, abunəçilərə istənilən istiqamətdə daha sərbəst ünsiyyət və balansın daha rahat idarə olunmasını təmin edəcək.

Bununla yanaşı, internet və sosial şəbəkələrin istifadəsinə ümumi tələbatın yüksəlməsi nəzərə alınaraq, mobil internet paketinin həcmi də genişləndiriləcək və mövcud 250 MB-dan 450 MB-a qədər artırılacaq.

Təkmilləşdirilmiş şərtlər əsasında "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketlərinə 3,89 AZN aylıq abunə haqqı tətbiq olunacaq.

Bu dəyişikliklər gələcəkdə də tarif istifadəçilərinə yüksəkkeyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin də  davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq.

 

Qeyd:

1. "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketlərinin digər şərtləri dəyişilməz qalır.

2. Abunəçilər yuxarıda göstərilən dəyişikliklər, eləcə də "Azercell Telekom" MMC tərəfindən təqdim edilən digər xidmət, tarif, kampaniya və yeniliklər barədə ətraflı məlumatı www.azercell.com saytı, mobil tətbiq və ya Müştəri Xidmətlərindən (7/24 fəaliyyət göstərən Telefon Mərkəzi və ofisləri) əldə edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!