01 Iyun 2024 01:20
1224
ELANLAR
A- A+

Azercell abunəçilərinin nəzərinə

 

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 1 iyul 2024-cü il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

 

Kartın nominalı (AZN ilə)

İstifadə müddəti (təqvim günü)

1

5

2

10

3

20

5

30

10

60

25

90

50

120

100

120

Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:


Ödəniş məbləğinin aralığı

İstifadə müddəti (təqvim günü)

1 AZN-dən - 1,99AZN-dək

5

2AZN-dən – 2,99 AZN-dək

10

3 AZN-dən – 4,99 AZN-dək

20

5 AZN-dən – 9,99 AZN-dək

30

10 AZN-dən – 19,99 AZN-dək

60

20 AZN-dən – 24,99 AZN-dək

90

25 AZN-dən – 49,99 AZN-dək

90

50 AZN-dən - 99,99 AZN-dək

120

 

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video