31 Mart 2022 01:34
1000
İQTİSADİYYAT
A- A+
Azərbaycanın yeni turizm ünvanı - Suqovuşan

Azərbaycanın yeni turizm ünvanı - Suqovuşan

 

İşğaldan azad olunmuş ərazilərimizə 2025-ci ilə qədər 1 milyona yaxın turistin gəlməsi gözlənilir

 

Qarabağ və Şərqi Zəngəzur dünyaya yeni turizm destinasiyası kimi təqdim ediləcək. Bu torpağın turizm potensialı yüksəkdir,  mövcud imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır. Odur ki, Azərbaycan  dövlətinin işğaldan azad etdiyi ərazilərdə apardığı bərpa-quruculuq işlərində, bölgənin gələcəyi ilə  bağlı planlarında turizmin inkişafı məsələləri önəmli yer tutur.  

Hələ  Vətən müharibəsi  qələbə ilə başa çatdıqdan az sonra Prezident  İlham Əliyev bəyan etmişdir ki, bu yerlər Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək. Hazırda həmin istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Dövlət başçısının cari il  martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyması buna aydın misaldır.

Ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq. Həmçinin əraziyə uyğun bitkilər də əkiləcək. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Burada eləcə də turistlərə xidmət göstərəcək  nəqliyyat vasitələri üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində ağac əkiblər. Beləliklə, kompleksin tikilməsinə start verilib. Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq. Növbəti mövsümdə isə obyekt turistlərə xidmət göstərəcək.

Ümümiyyətlə, görülən işlər sübut edir ki, Qarabağı və Şərqi Zəngəzuru  Azərbaycanın əsas turizm zonalarından birinə çevirmək məqsədi tezliklə həyata keçəcək. Bu ərazinin milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası günün tələbidir. Bütövlükdə bu regionlar turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Məsələn, Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən biri hesab edilir. Buranı müalicəvi turizm istiqamətində inkişaf etdirmək mümkündür. Mütəxəssislərin  proqnozuna görə, təkcə Kəlbəcərin “İstisu”  mənbəyi  bu rayona turistlərin böyük  axınına səbəb olacaq. Eləcə də bölgənin tarixi abidələri, uca dağları, şış qayaları, yaşıl meşələri, gur çayları buranı turistlər üçün cəlbedici məkana çevirəcək.

Mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada  istifadəyə  verilən otellər qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

Urbisidə məruz qalmış Ağdam şəhərinin isə tamamilə yenidən qurulduqdan sonra işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Xocavəndin Hadrut qəsəbəsinin turizm imkanları da geniş və çoxşaxəlidir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidə, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlar qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir.

Prezident İlham Əliyev keçən il oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir : “Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir ... Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır”.

Qarabağın unikal təbii iqlim xüsusiyyətləri ərazidə  aqroturizmin və kənd turizminin inkişafına da imkan verir. Qələbədən sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini turistlər üçün sevimli istirahət məkanı edəcək.

Bunlar Qarabağın və Şərqi Zəngəzurun böyük turizm potensialı barədə kiçik  ştrixlərdir. İndi bu bölgələrdə  avtomobil  yollarının geniş şəbəkəsi yaradılır. Dəmir yolu çəkilir. Təsadüfi deyil ki, tez  bir zamanda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanını Qarabağın “hava qapısı” adlandırırlar. Hava limanına istənilən tip təyyarələrin eniş etməsi mümkündür. Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir. İşlər başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq. Beləliklə, üç hava limanı bölgə turizminin inkişafında müstəsna rol oynayacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər etməsi gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!