17 Noyabr 2024 08:30
767
SİYASƏT
A- A+
Azərbaycanın "yaşıl hədəflər"i

Azərbaycanın "yaşıl hədəflər"i


 Sadiq QURBANOV: "Respublikamız iqlim və sülh prioritetlərini birləşdirməklə yeni baxış təqdim edir"

 

"Sağlam ətraf  mühit insan hüquqlarının təməli olan əsas ehtiyacların təmin edilməsidir. Ekosistemlər tənəzzülə uğradıqda bu hüquqlardan istifadə etmək imkanımız olmur. Məsələn, meşələrin qırılması, çirklənmə və biomüxtəlifliyin itirilməsi insan sağlamlığına və rifahına birbaşa təsir göstərir. Ətraf mühitə vurulan zərər bərabərsizlikləri daha da artırır, xüsusilə həssas qruplara, qadınlara və uşaqlara təsir edir. İnsan hüquqlarını müdafiə etmək üçün ətraf mühitə nəzarəti sərhədlərdən, siyasətdən və iqtisadi mənfəətdən kənara çıxan bir vəzifə kimi qəbul etməliyik. Bəşəriyyətin mövcudluğu, dayanıqlı inkişaf sağlam planetlə şərtlənir və buna görə də ekosistemləri qorumaq və qlobal miqyasda insan hüquqlarını təmin etmək üçün vahid yanaşmaya, baxışa və səylərə ehtiyacımız var".

 

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. Onun sözlərinə görə, sağlam ətraf mühit fundamental insan hüquqlarından biridir və  hər bir insan təmiz, təhlükəsiz və davamlı mühitdə yaşamaq hüququna layiqdir. Hökumətlər, korporasiyalar və vətəndaş cəmiyyətləri bu hüquqa hörmət etmək, qorumaq və yerinə yetirmək üçün birlikdə çalışmalıdırlar. Konkret tədbirlərə çirklənmənin azaldılması, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və yaşıl sahələrin təşviqi daxildir. Bütün icmalar üçün ekoloji ədalətin təmin edilməsi vacibdir, heç bir qrup qeyri-mütənasib olaraq ətraf mühitin deqradasiyası yükünü daşımamalıdır. COP29-un əsas çağırışı da məhz budur.

Komitə sədri qeyd edib ki, hüquqi çərçivələr ətraf mühiti və öz növbəsində insan hüquqlarını qorumaq üçün vacibdir: "Ətraf mühitə dair qanunları hava və suyun keyfiyyəti, tullantıların idarə edilməsi və biomüxtəlifliyin qorunması kimi məsələlərə dair aydın təlimatlar müəyyən edir. Bundan əlavə, ekosistemləri qorumaq və istixana qazı emissiyalarını azaltmaq üçün iqlim dəyişikliyi və davamlı torpaq istifadəsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilməli və mövcud çağırışlara cavab verməlidir. Təəssüf ki, bu məsələyə hələ ki, parlamentlər, hökumətlər zəruri çevik reaksiya vermirlər. Düşünürəm ki, bu istiqamətdə qanunverici orqanlar, parlamentarilər, hökumətlər fəal  mövqe tutmalıdırlar. Bu məsələlərdə ənənəvi qanunvericiliyin hazırlanma yanaşması, texnikası nəzərdən keçirilməlidir. Ekoloji qanunvericiliyin təkmilləşdirilməsi prioritet məsələ kimi daim gündəlikdə olmalıdır. Tədqiqatlar data analizdən yararlanmaqla preventiv effektə malik, proaktiv olmalıdır. Biz gözləməməliyik ki, iqlim dəyişikliklərinin fəsadları güclənsin və onlarla bağlı normativ baza işləyək. Biz çalışmalıyıq ki, artıq risk mərkəzli, yəni həm qorumaq effektinə malik, həm də riskləri nəzərə alacaq normativ bazaya malik olaq".

Qanunvericilik həm də effektiv icra mexanizmlərini, hesabatlılığı və ictimaiyyətin iştirakını təmin etməlidir. Sadiq Qurbanov deyir ki, ətraf mühitin mühafizəsini gücləndirən qanunları dəstəkləmək bizim kollektiv borcumuzdur, eyni zamanda pozucuları məsuliyyətə cəlb etməkdir: "Milli qanunvericiliyimiz ekoloji insan hüquqlarını insanın konstitusion hüquqlarının xüsusi (müstəqil) bir növü kimi nəzərdən keçirir və bu yanaşma insanın təbii ətraf mühitlə qarşılıqlı əlaqələrini əhatə edir. Azərbaycan Konstitusiyasının "Sağlam ətraf mühitdə yaşamaq hüququ" adlanan 39-cu maddəsində qeyd edilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır; hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır; heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz; dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Nəzərdən keçirilən konstitusion hüquq norması Azərbaycanda ekoloji insan hüquqlarının konstitusion-hüquqi əsasını təşkil edir.

Azərbaycanın "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Yaşıllıqların mühafızəsi haqqında" qanunlarında və digər hüquqi mənbələrdə də ekoloji insan hüquqlarının tərkib hissəsi kimi çıxış edən hüquqlar nəzərdə tutulmuşdur". 

Milli Məclisin komitə sədri onu da bildirdi ki, hazırda əsas vəzifəmiz milli qanunvericiliyin Azərbaycanın beynəlxalq konvensiyalar və razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin icrası üçün əlverişli hüquqi mühit yaratmasını, ətraf mühitin qorunması ilə bağlı qanunvericilyin inkişaf etdirilməsinə kompleks yanaşmanı təmin etməkdir. Bu zaman bərabərlik, hüquq və məsuliyyət prinsiplərinin hər birinə eyni dərəcədə həssaslıqla yanaşmaq lazımdır: "Biz dayanıqlı inkişaf paradiqmasını əsas götürməliyik.  Davamlı inkişaf ekologiya, iqtisadiyyat və insan hüquqlarının kəsişməsində yerləşir. Əsl dayanıqlı inkişaf ətraf mühiti qoruyarkən sosial tərəqqiyə təkan verir və insan hüquqlarını mərkəzə qoyur. Bu zaman biz  inkişaf, ətraf mühit və insan hüquqları problemlərinin  həlli üçün Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) qlobal planına sadiqliyi hər addımda sübut emtəliyik. Qanunvericiliyin işlənməsi, təkmilləşdirilməsi indi həmişəkindən daha çox dayanıqlı inkişaf paradiqması əsasında aparılmalıdır".

Həm ətraf mühitin, həm də insan hüquqlarının qorunması üçün ən aktual təhlükələrdən biri minalar məsələsidir. Minalar təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də ciddi ekoloji təhlükələr yaradır. Sadiq Qurbanovun sözlərinə görə, minalanmış ərazilərdə ətraf mühitin qorunması təkcə texniki proses deyil, həm də insan hüquqları məsələsidir - icmalar öz torpaqlarına və yaşayış vasitələrinə yenidən çıxış əldə etməlidirlər: "Azərbaycan təcrübəsində bu yanaşmanı tətbiq edirik və hazırda parlamentdə müzakirə olunan yeni "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsində bu yanaşmanı əks etdirməyə çalışırıq. Azərbaycan mina çirklənməsindən əziyyət çəkən ölkələr sırasında ön yerdədir. Azərbaycanın qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi əraziyə - Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur. Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir.

Azərbaycan bu məsələdə kifayət qədər dəstək almır. Lakin respublikamız öz resursları ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyəti həyata keçirir və uğurlu təcrübə yaradıb. Azərbaycan bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Bu təcrübə dünyada həyata keçirilən minatəmizləmə fəaliyyətinə böyük dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olar, həm də daha çox beynəlxalq donoru töhfə verməyə inandıra bilər. Məhz buna görə Azərbaycan  "Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər" adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədinin (DİM) qəbul olunması təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. 18-ci Dayanıqlı İnkişaf Məqsədi işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib".

Azərbaycan hər zaman multirealizm, çoxtərəfliliyin, inklüzivliyin təmin olunmasını öz siyasətinin əsas priroritetinə çevirib. Bu barədə danışan Sadiq Qurbanov bildirdi ki, ölkəmiz son illər bu istiqamətdə əhəmiyyətli təşəbbüslərlə çıxış edib və uğurlu nümunələr yaradıb: "Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. COVID-19 pandemiyasında 30-dan çox ölkəyə yardım göstərib.  Ölkəmiz de-kolonizasiya və müstəmləkəçiliyə qarşı mübarizə təşəbbüsləri ilə istiqlalına qovuşmamış xalqları müdafiə edir, onların hüquqlarının qorunmasına ictimai təşəbbüslərlə dəstək verir. COP29-da da dövlətlərin geniş təmsilçiliyi bunun sübutudur. Azərbaycan iqlim prioritetləri ilə sülh, insan hüquqları prioritetlərini birləşdirməklə yeni vizyon və baxış təqdim edir".

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!