18 İyun 2026 12:20
218
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur


“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir”. 
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ölkəmizin xarici siyasətində Müqəddəs Taxt-Tacla münasibətlər xüsusi yer tutur. Eyni zamanda, Müqəddəs Taxt-Tac da Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Bugünlərdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadın ölkəmizə səfəri də bunun göstəricisidir. Prezident İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub.
Millət vəkilinin sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir: “Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Buna nümunə kimi, 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını da göstərmək olar. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Səfər zamanı Prezident  İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular”.
Samir Vəliyev qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir.
Millət vəkili, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri, cənab İlqar Muxtarovun diplomatik fəaliyyətini də  xüsusi qeyd edib. Onun fikrincə, səfirimiz əlaqələrin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və Azərbaycanla Vatikan arasında olan bugünkü əlaqələrin bu cür formalaşmasında da cənab səfirin xüsusi xidmətləri vardır.
“Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir”,-deyə deputat vurğulayıb.

“Azərbaycan”|

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb 

14:48
18 İyun

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir 

14:25
18 İyun

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur

12:20
18 İyun

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib  

11:50
18 İyun

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır  

11:49
18 İyun

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

11:47
18 İyun

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir 

11:42
18 İyun

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir  

11:41
18 İyun

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

11:40
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:39
18 İyun

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

11:38
18 İyun

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

11:36
18 İyun

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

11:34
18 İyun

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur  

11:34
18 İyun

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər VİDEO  

11:33
18 İyun

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

11:32
18 İyun

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır  

11:30
18 İyun

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:30
18 İyun

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

11:29
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib 

11:28
18 İyun

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir  

11:27
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!